Britaniya Nümayəndələr Palatası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Tarix: 25-02-2021 23:16 | Bölmə: Siyasət
Britaniya Nümayəndələr Palatası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Böyük Britaniya Nümayəndələr Palatasının rəsmi internet səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə edən Bəyanat yerləşdirilib.

Bu barədə Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev facebook səhifəsində məlumat verib.

Bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya -Azərbaycan Parlamentlər arası işçi qrupunun sədri , Mühafizəçilər partiyasının üzvü cənab Bob Bləkmən və Demokratik Unionistlər partiyasının üzvü cənab Cim Şənnondur.

Bəyanatda deyilir: “Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş itirmiş insanların xatirəsini hörmətlə anır və 26 fevral 2021- ci ildə Xocalı qətliamının 29- cu ildönümünü qeyd edən Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik “.

Bəyanatda həmçinin uzunmüddətli sülh əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunub.

Deputat qeyd edib ki, Böyük Britaniya hər zaman olduğu kimi, erməni faşizminin əyani sübutu olan Xocalı soyqırımının anım günündə də Azərbaycan xalqının və dövlətinin yanında yer alır və bununla da beynəlxalq ədalət prinsiplərinə dəstək vermiş olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}