Kreml: "Ermənistandakı hadisələr hələ ki, Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib"
Tarix: 26-02-2021 14:26 | Bölmə: Siyasət
Kreml: "Ermənistandakı hadisələr hələ ki, Qarabağla bağlı razılaşmanın icrasına təsir göstərməyib"

Ermənistanda baş verən hadisələr hələ ki, Dağlıq Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə təsir göstərməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İrəvandakı vəziyyətə görə Moskva Dağlıq Qarabağ razılaşmasının pozulmasına təhdid görürmü?” sualına cavab verərkən deyib.

“Xeyr, hələ ki, hər şey həyata keçirilir. Ermənistanda baş verən hadisələrə baxmayaraq, Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi yolunu tutmaq vacibdir”, - deyə Kremlin sözçüsü vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}