Ermənistan prezidenti və Baş Qərargah rəisi niyə Təhlükəsizlik Şurasının iclasına qatılmayıb?
Tarix: 01-03-2021 16:06 | Bölmə: Siyasət
Ermənistan prezidenti və Baş Qərargah rəisi niyə Təhlükəsizlik Şurasının iclasına qatılmayıb?

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının iclasında prezident Armen Sarksiyan və Baş Qərargah rəisi Onik Qaspariyanın iştirak etməyib.

Reyting.az
xəbər verir ki, Təhlükəsizlik Şurası toplantıdan sonra xüsusi bəyanatla çıxış edib.

Bəyanatda ordunun daxili siyasi proseslərə cəlb edilməsi qətiyyətlə pislənilib.

Eyni zamanda Təhlükəsizlik Şurası prezident Armen Sarksiyandan Baş nazir Paşinyanın Baş Qərargah rəisini işdən çıxarmasına dair qərarını imzalamağa çağırıb.

Bu bəyanatdan sonra Ermənistan prezidenti və Baş Qərargah rəisinin Təhlükəsizlik Şurasının toplantısıa qatılmamasının səbəbləri ortaya çıxıb.

Prezidentin köməkçisi Hasmik Petrosyan deyib ki, prezidenti Təhlükəsizlik Şurasının iclasına dəvət ediblər, ancaq səhhətinə görə iclasa qatıla bilməyib.

O, əlavə edib ki, prezident Təhlükəsizlik Şurasının üzvü olmasa da, adətən iclaslarda iştirak edir.

Baş nazirin mətbuat katibi Mane Qevorgyan isə bildirib ki, Baş Qərargah rəisi Onik Qasparyan Təhlükəsizlik Şurasının iclasına dəvət edilib: “Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə dair ona məlumat verilmişdi”.

Nəticədə Təhlükəsizlik Şurasının iclası ölkə prezidenti və Baş Qərargah rəisinin iştirakı olmadan keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}