“Azərbaycanda hakimiyyət dəyişikliyi arzulayan qüvvələr var” - Deputat
Tarix: 02-03-2021 08:52 | Bölmə: Siyasət
“Azərbaycanda hakimiyyət dəyişikliyi arzulayan qüvvələr var”

“Azərbaycanda tamamilə tükənmiş, nə öz komandasına, nə də ölkəmizə yeni heç nə verə bilməyən həm vəzifədə olan, həm də vəzifədən kənarlaşdırılan şəxslər var. Bunlar bütün gücləri ilə çalışırlar ki, prezidentin həm beynəlxalq aləmdə, həm də ölkə daxilində nüfuzu çox da yüksək olmasın”.

Bu sözləri Reyting.az-a geniş müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyevin sözlərinə görə, həmin qüvvələr prezidentin sanki bunlardan müəyyən mənada asılı vəziyyətdə olmasını istəyirlər. Deputat əlavə edib ki, hətta bəziləri çox arzulayırlar ki, ölkədə hakimiyyət dəyişikliyi baş versin.

“Türkiyəni çıxmaq şərtilə bu regionda marağı olan elə dövlətlər var ki, onlar da Azərbaycanda güclü hakimiyyətin, sabitliyin olmasında maraqlı deyillər”, - deputat Q. Həsənquliyev deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}