23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

YAP-da nələr olur, nələr ola bilər?
Tarix: 03-03-2021 12:39 | Bölmə: Siyasət

Kütləvi informasiya vasitələrinin diqqəti hakimiyyətin partiyası “Yeni Azərbaycan”a çevrilib.
Kiminə görə, YAP növbəti, kiminə görə, növbədənkənar qurultay keçirəcək.
Üçüncü bir iddia isə budur ki, ölkənin ən kütləvi siyasi təşkilatı qurultay deyil, respublika müşavirəsi səciyyəli bir toplantı keçirəcək, toplantıda partiyanın səlahiyyətli orqanları - Siyasi Şura və İdarə Heyətinə müraciət qəbul olunacaq, tövsiyələr veriləcək.
Yeni Azərbaycan Partiyası geniş insan və maliyyə resursları olan, hakim partiya olmasının yaratdığı avantajla böyük administrativ dəstəyə malik bir örgütdür.
Başqa sözlə, bu partiya üçün nə növbəti, nə də növbədənkənar qurultay keçirmək çətin işdir.
Lakin qurultay keçirməyin öz qaydaları, növbədənkənar qurultay keçirməyin öz üsulları, ümumrespublika müşavirəsi çağırmağın öz xüsusiyyyətləri var.
Qurultay keçirmək üçün yerli şöbələrdə konfranslar olmalı, nümayəndələr seçilməli, onlar ali tədbirdə bir araya gəlib gündəlik tərtib etməli, qərarlar çıxarmalıdırlar.
Yeni Azərbaycan Partiyasının nizamnaməsinin 2-ci maddəsinə görə, partiyanın ali orqanı dörd ildən bir çağırılan qurultaydır.
YAP-ın son - VI qurultayı 2018-ci ilin fevralında, Respublika Sarayında keçirilib.
Bu isə o deməkdir ki, partiyadaxili təşkilat işlərin qrafikinə görə, YAP-ın növbəti qurultayı gələn il keçirilməli olduğundan yeni qurultaya əsas hazırlıq ötən il ərzində aparılmalı idi.
Lakin həmin bənddə başqa bir müddəa da var:
“Zəruri hallarda Siyasi Şuranın və ya partiya üzvlərinin üçdə birinin tələbi ilə növbədənkənar qurultay çağırıla bilər. Qurultaya nümayəndəlik norması Siyasi Şura tərəfindən müəyyən olunur. Rayon (şəhər) konfransları tərəfindən seçilmiş nümayəndələrin əksəriyyəti iştirak etdikdə qurultay səlahiyyətli hesab olunur. Qurultayın çağırılma müddəti, nümayəndəlik norması və gündəliyi qurultayın başlamasından azı bir ay əvvəl Siyasi Şura tərəfindən elan edilir”.
Partiyanın nizamnamə tələblərini göz önündə tutsaq, bir neçə nəticəyə gələ bilərik:
Əgər YAP 2020-ci il ərzində sürətləndirilmiş fəaliyyət planı tərtib edərək qurultaya hazırlıq üzrə konfranslar keçirməyibsə və yeni nümayəndələr seçməyibsə, əvvəlki konfranslarda seçilmiş nümayəndələrin səlahiyyətli olduğu növbədənkənar qurultay keçirə bilər.
Bunun üçün partiyanın Siyasi Şurası toplanmalı, ən azı 1 ay öncə qərar verməlidir.
Əgər YAP-ın növbədənkənar qurultayı mart ayı ərzində keçiriləcəksə, bu o deməkdir ki, Siyasi Şura belə bir qərarı yanvar və ya fevral ayında artıq çıxarıb.
COVİD-19-la bağlı pandemiya ilə əlaqədər YAP Siyasi Şurasının iclası internet vasitəsi ilə də keçirilə və daxili bir toplantı olaraq media bundan xəbər tutmaya da bilərdi.
Əgər ötən il ərzində partiyanın yerli şöbələrinin konfransı keçirilməyibsə və ya tam yekunlaşmayıbsa YAP-ın qurultay, Siyasi Şurasının isə xüsusi qərarı olmayıbsa, mart ayında növbədənkənar qurultay keçirəcəyi barədə informasiyalar öz təsdiqini tapmayacaq kimi görünür.
Belədə, üçüncü variant diqqət çəkməyə başlayır.
YAP ümumrespublika müşavirəsi keçirir, müşavirədə Siyasi Şura qarşısında İdarə Heyətinin və İcra katibliyinin yenilənməsi tələbi qoyur, Siyasi Şuranın özünün yenilənməsi üçün isə qurultay üçün çağırış edir.
Belə ki, partiyanın nizamnaməsinin 4-cü bəndində deyilir:
Siyasi Şura qurultaylararası dövrdə partiyanın fəaliyyətinə rəhbərlik edir. Siyasi şuranın iclasları zəruri hallarda, lakin altı ayda bir dəfədən az olmamaqla, çağırılır.
Siyasi Şura:
- Partiyanın siyasi fəaliyyət taktikasını hazırlayır;
- Partiyanın qurultayını çağırmaq haqqında qərar qəbul edir;
- Sədrin təklifi ilə onun I müavinini, müavinlərini və icra katibini seçir;
- İdarə heyətini seçir, onun fəaliyyətinə dair məruzəyə baxır və təsdiq edir;
- Saimi və müvəqqəti komissiyalar yaradır, onların əsasnamələrini təsdiq edir, fəaliyyətlərini əlaqələndirir;
- Gənclər Birliyi və Qadınlar Şurasını, digər partiyadaxili strukturları yaradır və onların əsasnamələrini təsdiq edir;
- Partiyanın rayon (şəhər) və ilk partiya təşkilatları haqqında əsasnamələri təsdiq edir; - partiyanın beynəlxalq əməkdaşlıq sahəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir; - zəruri hallarda idarə heyətinin təqdimatı ilə yerli orqanların fəaliyyətini dayandırır, onları buraxır, yenidən təşkil edir;
- Nizamnamədən irəli gələn digər məsələləri həll edir.
Yeni Azərbaycan öz vitrinini necə yeniləyəcək, yeni istibleşmentini necə formalaşdıracaq, fəaliyyət istiqamətlərini necə müəyyən edəcək, bütün hallarda bu, partiyanın iç məsələsidir. Lakin bu məsələ ilə bağlı KİV-ə tutarlı izahatlar verilmədiyindən bir neçə gündür ki, YAP ətrafında müəmma yaranıb.
Bununla belə, YAP-a nəzər saldıqda açıq görünən problemlər var və sorunlar hakimiyyətin partiyasının opponentlərinə çeşidli ictimai-siyasi diskussiyalarda əlavə arqumentlər verir.
Bunlardan bir neçəsini sadalayaq:
1. YAP ölkənin ən yaxşı təşkilatlanmış siyasi qüvvəsi olsa da, partiyanın insan resurslarından, kadr potensialından effektiv istifadə olunmur. Təşkilatın daxilində “sosial lift” işləmir, iç dinamika cəmiyyətə yeni simalar təqdim etmir, partiyadan kənarda formalaşan, prezident Əliyevi səmimi və prinsipial şəkildə dəstəkləyən ictimai-siyasi xadimlərin təşkilata cəlb olunmasına maraq göstərilmir.
2. Rəsmi saytındakı məlumata görə 760 min 580 üzvü olan Partiyanın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsini 78.363 nəfər bəyənib ki, bu da son prezident seçkilərdə İlham Əliyevə səs vermiş milyonlarla vətəndaş bir yana, sırf partiyanın üzvlərinin 90 faizi ilə kommunikasiyanın düzgün qurulmamasının göstəricisidir.
3. Partiyanın, belə demək olarsa, “korporativ kimliyi” zədələnib. Yüksək vəzifələrdən çıxarılan YAP üzvləri haqqında məhkəmələrdə və kütləvi informasiya vasitələrində səslənən korrupsiya ittihamları, deputat korpusunun passivliyi, açıq, amma yumşaq desək, siyasi təşəbbüskarlıq baxımından ləng davranması sözügedən təşkilatı siyasi sistemdə avanqard rol oynamasına əngəl törədən faktorlara çevrilib.
4. Azərbaycanda hakim elitanın yaş ortalaması, demoqrafik göstəriciləri dəyişsə də, hakim partiyanın Siyasi Şurası, İdarə Heyəti, İcra katibliyi bu günə qədər dəyişməz qalıb. Bircə onu demək kifayətdir ki, YAP Siyasi Şurasının 84 üzvündən 12 nəfərinin qarşısına rəsmən TƏQAÜDÇÜ yazılıb.
5. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycan prezidenti, sədr müavini Mehriban xanım Əliyeva isə ölkənin I vitse prezidentidır. Prezident və I vitse prezident planla, təmkinlə, israrla ölkədə bütün sahələri əhatə edən isahatlar aparır. Anadolu türkləri demiş, pəki, YAP bu islahatların harasındadır?
Zənnimizcə, YAP-ın hakimiyyətə gətirdiyi yox, YAP-ı hakimiyyətə gətirən Liderin və onun siyasi varislərini narahat edən ən önəmli suallardan biri elə məhz budur.
... VƏ YAP-da islahatlar qaçılmazdır!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər