Fərda Əsədov: “Cənubi Qafqazda baş verənlər...”
Tarix: 03-03-2021 12:58 | Bölmə: Siyasət
Fərda Əsədov: “Cənubi Qafqazda baş verənlər...”

“Məntiqlə Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsə müharibənin nəticələrini özündə əks etdirən anlaşmalar pozulmamalıdır. Burada incə bir məsələyə də diqqət etmək lazım gəlir. Əgər Paşinyan həqiqətən də öz xalqını düşünürsə və məğlubiyyətin acısını üzərinə götürə biləcəksə, onun hakimiyyətdən getməsi mümkün olduğu halda, əsasını qoyduğu siyasi xəttin qalıb-qalmayacağı əhəmiyyət kəsb edir”.

Bu sözləri Reyting.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov deyib.

F. Əsədov hesab edir ki, əgər N. Paşinyan hakimiyyətini qoruya bilsə onun siyasi xətti aydın şəkildə, iqtidardan gedəcəyi təqdirdə isə həmin xətt qalarsa, regional əhəmiyyətə malik proseslər davam etməlidir: “Bu regional siyasət də yeniliyin əsasında duran məsələdir. Bu o deməkdir ki, Türkiyə ilə normallaşma aparılır, Türkiyənin iqtisadi və təhlükəsizlik maraqları təmin edilir. Bu iqtisadi və təhlükəsizlik maraqları bütövlükdə Cənubi Qafqaz ölkələri ilə üst-üstə düşən maraqlar olmalıdır. Mənim fikrimcə, bunlar böyük ehtimalla reallaşacaq”.

F. Əsədovun əlavə edib ki, bu prosesdə Rusiya əvvəlki qədər aparıcı və diktəedici rolda deyil, tərəfdaş kimi iştirakçı olacaqsa, bu, Rusiyanın nüfuzunu və qərblə müqayisədə müqavimət imkanlarını artıracaq: “Burada birmənalı və birxətli sərt siyasət deyil, daha çevik, düşünülmüş və siyasi qüvvəyə arxalanan siyasi sistem yarana bilər. Odur ki, bu, obyektiv tələbdir. Buna qarşı çıxmaq vəziyyəti tarixi keçmişə çəkmək deməkdir. Mən bunu düşünmürəm. Artıq hadisələr daha çox tarixi əhəmiyyətlidir. Əgər belədirsə, onda onlar yeni siyasi duruma yönəlik proses kimi qəbul olunmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}