17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Vaqe Akopyan: “Azərbaycanlılar Zəngəzurda satılan nə varsa hamısını alırlar”
Tarix: 04-03-2021 16:18 | Bölmə: Siyasət
Vaqe Akopyan: “Azərbaycanlılar Zəngəzurda satılan nə varsa hamısını alırlar”

“Azərbaycan bütün sərhəd xəttində fəal şəkildə mühəndislik işləri aparır, həmçinin Milli Təhlükəsizlik Xidmətinin həyata keçirilməli olduğu müəyyən hərəkətlər edirlər”.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin sabiq valisi Vaqe Akopyan deyib.

Keçmiş valinin iddiasına görə, azərbaycanlılar Sünikdə iki istiqamətdə işləyir, sərhəddə psixoloji basqılar edirlər:

“Birincisi, görüntü olaraq onlar mühəndis işi şəklində işləyirlər, irəliləmək, geri çəkilmək olur. Daima güllə atırlar.

İkincisi, digər ölkələrin təşkilatlarından istifadə edərək sakinlərə yaxınlaşır və satılan hər mala görə dəfələrlə çox pul təklif edərək alırlar”.

V. Akopyanın fikrincə, bütün bunların qarşılığında Ermənistanın Milli Təhlükəsizlik Təşkilatı yatır.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}