YAP: "Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq"
Tarix: 05-03-2021 15:32 | Bölmə: Siyasət
YAP: "Sədr müavinlərinin seçilməsi məsələsinə İdarə Heyətinin iclasında baxılacaq"

“Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.

Bu barədə partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.

O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək: “İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”/Report.

Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}