14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ramiz Mehdiyev: "Prezidentə sadiq olmayan məmur tanımıram"
Tarix: 05-03-2021 15:53 | Bölmə: Siyasət
Ramiz Mehdiyev: "Prezidentə sadiq olmayan məmur tanımıram"

Bu gün YAP-ın İdarə Heyəti üzvlüyündən çıxarılaraq Veteranlar Şurasının üzvü seçilən AMEA prezidenti Ramiz Mehdiyev partiyanın qurultayından sonra jurnalistlərə açıqlama verib.

Reyting.az-ın məlumatına görə Ramiz Mehdiyev deyib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı çox böyük təəssürat yaradıb:

“Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.

R. Mehdiyev bildirib ki, hazırda "5-ci kolon" məsələsi ortalığa atılıb: “Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.(Unikal.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}