07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Sülhməramlılar Qazaxın işğaldakı kəndlərinə daxil olub - Foto
Tarix: 08-03-2021 10:10 | Bölmə: Siyasət
Sülhməramlılar Qazaxın işğaldakı kəndlərinə daxil olub

Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.

Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə bir neçə erməni KİV-i və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət orqanlarına istinadla məlumatlar yayıb.

Erməni müxalifətçiləri də öz növbəsində Ermənistan hakimiyyətini növbəti dəfə torpaq təslimində və xəyanətdə ittiham edirlər. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi “Ermənistan ərazilərinin” təslim edilməsinin mümkün olmadığını bildirib.



Əslində bu bəyanat baş verənlərə zidd deyil ki, çünki bu istiqamətdə ermənilər iki Azərbaycan anklavını işğal ediblər və söhbət burada yerləşən Bağanis Ayrım, Barxudarlı, Sofulu, Yuxarı Əskipar, Aşağı Askipar, Yeyrimli, Qızılhacılı kəndlərindən gedir.

Azərbaycandan Ermənistana (İcevan və Noyemberyana) gedən avtomobil və dəmir yolları bu anklavlardan keçir. Erməni tərəfi isə Rusiyaya yolun Zəngəzur dəhlizindən deyil, məhz buradan açılmasının vacibliyindən danışır. Bunu nəzərə alaraq, bu yoldan istifadə məsələsinin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması şərtilə reallaşa biləcəyini güman etmək olar. Eyni zamanda, aydındır ki, Bakı buna o zaman razılıq verə bilər ki, həm də Zəngəzur dəhlizi açılsın.(Turan)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}