Ceyhun Bayramov BMT-nin nümayəndəsi ilə görüşüb
Tarix: 09-03-2021 20:19 | Bölmə: Siyasət
Ceyhun Bayramov BMT-nin nümayəndəsi ilə görüşüb

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Mark Loukok ilə videokonfrans formatında görüşüb. Görüşdə hər iki tərəfdən nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, videokonfransda tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərində BMT və müvafiq agentlikləri ilə humanitar fəaliyyət sahəsində əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}