Peyvənd olunan partiya sədri koronavirusa yoluxub
Tarix: 10-03-2021 11:25 | Bölmə: Siyasət
Peyvənd olunan partiya sədri koronavirusa yoluxub

Fevral ayının 23-ü koronavirus əleyhinə peyvənd olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub.

Reyting.az
-ın məlumatına görə, partiya sədri “Yeni Sabah”a açıqlamasında COVID-19-a yoluxduğunu təsdiqləyib:

“Bəli, yayılan xəbərlər doğrudur. Koronavirusa yoluxmuşam. Hal-hazırda müalicə alıram, yazılanlar həqiqətə uyğundur. Bu barədə başqa bir şey danışmaq istəmirəm”.

Qeyd edək ki, P. Hüseyn bir müddət əvvəl vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış etmişdi: “Vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edirəm. Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah, düşərli olar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}