Paşinyandan qiyamçı generallara ağır zərbə - Video
Tarix: 11-03-2021 09:43 | Bölmə: Siyasət
Paşinyandan qiyamçı generallara ağır zərbə

“Bu gün Silahlı Qüvvələrin komanda heyəti ilə görüşüb müzakirələr apardım”.

Reyting.az
xəbər verir ki, bu barədə dünən axşam Ermənistan Baş naziri Nikol Paşinyan özünün Feysbuk səhifəsində yazıb.

Paşinyan ona qarşı qiyama cəhd edən Silahlı Qüvvələrin komanda heyəti ilə görüşünü əks etdirən qısa video-görüntü də paylaşıb.

Paşinyanın erməni ordusunun elitası ilə görüşündə Müdafiə naziri Vaqarşak Arutyunyanın da iştirak etdiyi bildirilir.

Həmçinin Paşinyanın yeni Baş Qərargah rəisi təyin etdiyi general Artak Davtyanda iclasda Baş nazirin yanında əyləşib. Bununla da Paşinyan göstərib ki, artıq Onik Qasparyan hökumət üçün Baş Qərargah rəisi hesab olunmur.

Video: My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}