Aİ və Gürcüstan bölgədəki geosiyasi prosesləri müzakirə edəcək
Tarix: 11-03-2021 13:00 | Bölmə: Siyasət
Aİ və Gürcüstan bölgədəki geosiyasi prosesləri müzakirə edəcək

“Martın 16-da Brüsseldə Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasının toplantısı keçiriləcək”.

Bu barədə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Belçikaya yollanacaq Gürcüstan nümayəndə heyətinə baş nazir İrakli Qaribaşvili başçılıq edəcək.

XİN başçısı deyib ki, görüşdə Aİ və Gürcüstan arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq:

“Şuranın toplantısı qarşılıqlı əlaqələrə yenidən baxmaq, Gürcüstanın uğurlarını qeyd etmək və gələcək perspektivlərin müzakirəsi baxımndan əlavə imkan olacaq”.

D.Zalkaliani toplantıda həmçinin işğal altında olan ərazilərdəki vəziyyət, bölgədə geosiyasi proseslər, Gürcüstanda cari siyasi vəziyyət və digər məsələlərin də nəzərdən keçiriləcəyini qeyd edib.

Nazir Brüsselə səfər çərçivəsində İ.Qaribaşvilinin NATO-nun baş katibi Yens Stoltenberqlə də görüşəcəyini söyləyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}