Qüdsi Osmanov: “Azərbaycan ilə Moldovanın ticari-iqtisadi əməkdaşlığı üçün yaxşı potensial var” - Fotolar
Tarix: 11-03-2021 14:55 | Bölmə: Siyasət
Qüdsi Osmanov: “Azərbaycan ilə Moldovanın ticari-iqtisadi əməkdaşlığı üçün yaxşı potensial var”

Azərbaycan ilə Moldova arasında sıx əlaqələrin qurulması hər iki ölkəni iqtisadi cəhətdən inkişaf etdirəcək, sosial, siyasət, turizm və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirəcək.

Reyting.az
AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşündə bu ölkənin “Avropada ev quraq” Partiyasının lideri Georgi Kavçalyuk söyləyib.

Partiyanın proqramı haqqında ətraflı məlumat verən G. Kavçalyuk bildirib ki, ölkələrimiz arasında iqtisadiyyat, siyasət, təhsil, turizm və mədəniyyət əlaqələrin inkişafı üçün bütün resurslardan tam istifadə edilməlidir.

Səmimi qəbula görə təşəkkürünü bildirən G. Kavçalyuk vurğulayıb ki, rəhbərlik etdiyi partiya Azərbaycan ilə Moldova arasında dost münasibətlərin inkişafında etibarlı tərəfdaş olaraq qalacaq və əlaqələrə öz töhfəsini verəcək.

Görüşdə səsləndirilən təklif və tövsiyələrin iki ölkənin münasibətlərinin inkişafına xidmət etdiyini vurğulayan səfir Qüdsi Osmanov vurğulayıb ki, ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var. Bu potensialdan tam istifadə edilməli, əmtəə dövriyyəsinin artırılması istiqamətində birgə işlər görülməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}