YAP Gənclər Birliyinin sədr müavinləri də bəlli olub
Tarix: 11-03-2021 17:54 | Bölmə: Siyasət
YAP Gənclər Birliyinin sədr müavinləri də bəlli olub

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.

YAP mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir.

Artıq bu barədə müvafiq qərar qəbul olunub. Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}