Palata sədrinin yeni müavini və auditorların təyinatı müzakirə olunacaq
Tarix: 13-03-2021 13:37 | Bölmə: Siyasət
Palata sədrinin yeni müavini və auditorların təyinatı müzakirə olunacaq

Martın 15-də Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahiblarlıq komitəsinin iclasında Hesablama Palatası sədrinin yeni müavininin və auditorlarının seçilməsi haqqında Milli Məclis sədrinin təqdimatı müzakirə ediləcək.


Məlumata görə, Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinə və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanunun 12-cu maddəsinə əsasən komitənin iclasında bu şəxslərin namizədliyinə rəy veriləcək və bundan sonra onlar Milli Məclisin Plenar iclasında səsvermə nəticəsində Hesablama Palatasının sədr müavini və auditor vəzifələrinə seçiləcəklər/APA.




Bölməyə aid digər xəbərlər