Akar: "Azərbaycanın haqlı davasında yanında olmaq üçün mübarizə aparırıq"
Tarix: 13-03-2021 15:26 | Bölmə: Siyasət
Akar: "Azərbaycanın haqlı davasında yanında olmaq üçün mübarizə aparırıq"

“Türkiyə Silahlı Qüvvələri hazırda ölkəmizin və qədim köklərə sahib millətimizin haqq və mənfəətləri qorumaq üçün ciddi mücadilə aparır”.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Dost və qardaş ölkələrin haqq və mənfəətlərini müdafiə etmək, onların haqlı davalarında yanlarında olmaq üçün İraqın şimalında, Suriyanın şimalında, Liviyada, Əfqanıstan, Kosovoda, Azərbaycanda və digər coğrafiyalardan gərgin mübarizə aparırıq”, - nazir bildirib/Report.




Bölməyə aid digər xəbərlər