Milli Məclisin iclasının gündəliyinə dəyişiklik edilib
Tarix: 15-03-2021 11:16 | Bölmə: Siyasət
Milli Məclisin iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, iclasın gündəliyinə daha 2 məsələ daxil edilib:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında.

Reyting.az




Bölməyə aid digər xəbərlər