Ermənistan müxalifəti inadından dönmür: “Küçə mübarizəsi davam edəcək”
Tarix: 15-03-2021 17:14 | Bölmə: Siyasət
Ermənistan müxalifəti inadından dönmür: “Küçə mübarizəsi davam edəcək”

“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan Baş nazir Nikol Paşinyanın istefasını və erkən parlament seçkilərinin keçirilməsini vacib sayır.

Reyting.az
xəbər verir ki, bu sözləri partiyanın parlamentdəki fraksiya rəhbəri Arman Abovyan bəyan edib.

Deputatın sözlərinə görə, “Vətənin Xilası” Hərəkatı da hesab edir ki, Nikol Paşinyan istefa verdikdən sonra növbədənkənar seçkilərin keçirilməsi mümkündür.

“Hərəkatın əsas funksiyası hakimiyyətin erkən seçkilər olmadan vəziyyətin daha da pisləşəcəyi qənaətinə gəlməsi idi. Müxalifət olaraq parlamentdə hərbi vəziyyətin ləğvini təklif edərək ölkədəki gərginliyi azaltmaq istədik. Ancaq rəsmilər təklifimizi rədd etdi”, - deputat deyib.


A. Abovyan

Abovyan əlavə edib ki, bu şəkildə davam edərsə, ölkədə gərginlik daha da artacaq: “Bu, vəziyyətin qeyri-adekvat qiymətləndirilməsidir. Hərbi vəziyyət, məsələn, seçkilərin keçirilməsi ilə əlaqədar digər məhdudiyyətləri də nəzərdə tutur. Bundan əlavə, hakimiyyətin bu və ya digər şəkildə təhlükə gördüyü siyasi mexanizmlər mövcuddur. Dəqiq nədən qorxduqlarını söyləmək mənim üçün çətindir, amma qorxduqları göz qabağındadır”.

Erməni deputat bildirib ki, hərbi vəziyyətin ləğvindən sonra belə müxalifət parlamentdə Baş nazirə etimad göstərilməsi üçün lazımi səslərə malik olmayacaq: “Baqramyan prospektini bağlamağın insanların hüquqlarını pozduğu deyilirsə, niyə hakimiyyət Şurnuxdakı Ermənistan vətəndaşlarının hüquqlarının pozulmasından danışmır? Niyə Gorusdan keçən bir Ermənistan vətəndaşının Türkiyə-Azərbaycan qoşunlarının nümayəndələrini gördüyünü demirlər? Bu hakimiyyət gedənə qədər küçə mübarizəsi davam edəcək”.




Bölməyə aid digər xəbərlər