Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Qarabağla bağı müzakirə aparıb
Tarix: 15-03-2021 22:05 | Bölmə: Siyasət
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Qarabağla bağı müzakirə aparıb

15 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Mətbuat xidməti idarəsindən Reyting.az-a verilən məlumata görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib