Deputat: “Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb”
Tarix: 16-03-2021 12:00 | Bölmə: Siyasət
Deputat: “Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb”

“Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə 100 illər ərzində görülmüş və görüləcək işlərdən daha böyükdür”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə 3 cəbhədə mübarizə aparıb və kifayət qədər resurslarını səfərbər edib: “Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin həyata keçirilməsini, ordu quruculuğunun təkmilləşdirilməsinin davam etdirilməsini müsbət qiymətləndiririk. Dəstək proqramları çərçivəsində yardımların ölkəmizin demək olar, yarısını əhatə etməsi təqdirəlayiqdir. Eyni zamanda iqtisadi subyektlərə verilən dəstək iqtisadiyyatın zəifləməsinin qarşısını alıb. Maliyyə nəzarətinin gücləndirilməsi, şəffaflığın qorunmasında informasiya texnologiyalarının imkanlarından daha çox istifadə etmək daha çox nəticə verə bilər. Yaranan bütün çətinliklərə baxmayaraq, illik inflyasiyasının 2,8 % təşkil etməsini, manata olan təzyiqlərini dəf edilməsini təqdir edirik. 2020-ci ildə maliyyə sabitliyinin qorunması siyasətini uğurlu hesab edirik. Hesabat ilində görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırıb. Bununla yanaşı, düşünürük ki, publik hüquqi şəxslərin bazardakı fəaliyyətini tənzimləməklə bağlı yeni yanaşmalara ehtiyac yaranmaqdadır. 2021-ci il yeni innovasiyalar ilidir. Nazirlər Kabinetinə bu ildə uğurlar arzu edirəm”/APA.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib