09:00 / 15-07-2025
Türkiyədən ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifinə - Reaksiya
08:55 / 15-07-2025
Rusiya üzərində daha 55 PUA vurulub
08:08 / 15-07-2025
Qazaxıstanda Abay Günü keçiriləcək - Foto
08:02 / 15-07-2025
Mask “Starship” prototipinin onuncu uçuşunu elan edib
07:58 / 15-07-2025
Kuba prezidenti BRİKS və Aİİ-nin üstünlüyündən danışıb
07:51 / 15-07-2025
Tatarıstana dron hücumu...
07:46 / 15-07-2025
Trampın qərarı Rusiyaya üstünlük qazandırıb?
07:42 / 15-07-2025
Rusiya ABŞ şirkətini müsadirə edib
07:37 / 15-07-2025
Latviya Gürcüstanın 55 vətəndaşına ölkəyə girişi qadağan edib
21:39 / 14-07-2025
Azərbaycanlılara işgəncə... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
20:41 / 14-07-2025
Tramp: Azərbaycan-Ermənistan danışıqları uğurlu nəticə verəcək
19:42 / 14-07-2025
Sabah Abşeronda qızmar diskomfort hava olacaq
18:24 / 14-07-2025
Araz çayında batan uşağın meyiti tapılıb
18:19 / 14-07-2025
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
18:07 / 14-07-2025
Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı qanun dəyişib
17:56 / 14-07-2025
Azərbaycanda 4000-dən çox qanunsuz miqrant saxlanılıb
17:53 / 14-07-2025
Məhkəmə yazıçıya 14 il həbs cəzası verib
17:33 / 14-07-2025
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
17:08 / 14-07-2025
Telman Adıgözəlovun oğlu: "Bəlkə atama düz diaqnoz qoyulsaydı..." - Müsahibə
17:01 / 14-07-2025
Hərbi Prokurorluqda yeni təyinatlar olub
16:42 / 14-07-2025
Prezident “İstilik təchizatı haqqında” qanunu təsdiqləyib
16:21 / 14-07-2025
Prezident iki yeni milli park yaradıb - Sərəncam
16:04 / 14-07-2025
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb
15:55 / 14-07-2025
Qalada iki min il əvvəlin ayaqqabılarını tapıblar - Foto
14:59 / 14-07-2025
Oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb - Yenilənib
14:48 / 14-07-2025
AK sədri: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi..."
14:30 / 14-07-2025
Qarabağa iki köç karvanı gedib - (Yenilənib)
14:26 / 14-07-2025
Universitetdə biabırçılıq: tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub - Foto
14:18 / 14-07-2025
Anar: “Söz verdiyim kimi vəzifəmdən gedirəm..."
14:53 / 10-07-2025

00:11 / 11-07-2025

14:26 / 14-07-2025

13:38 / 11-07-2025

16:28 / 10-07-2025

12:27 / 12-07-2025

13:42 / 10-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

11:31 / 10-07-2025

“Azərbaycanın bəxti onda gətirib ki...” - Nüfuzlu agentlik Azərbaycandan yazıb
Tarix: 16-03-2021 17:41 | Bölmə: Siyasət

Moldova Effektiv Siyasət İnstitutunun direktoru, tanınmış politoloq, tarix elmləri doktoru Vitali Andrievskinin nüfuzlu ava.md informasiya agentliyində “Азербайджанский прорыв” (“Azərbaycanda sıçrayış” - red.) adlı məqaləsi dərc olunub. Məqalədə bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev güclü və effektli lider kimi özünü təsdiqləyib. “Əgər başqa rəhbərlərlə müqayisə etmək lazım gəlsəydi, o zaman mən onu Ərdoğanla (Türkiyə), Tszinpin (Çin) və Nazarbayevlə (Qazaxıstan) yanaşı qoyardım”, - müəllif qeyd edib.
Məqaləni buradan oxuya bilərsiniz: My Webpage
Məqalənin girişində Azərbaycan dövlət başçısının Mayo Sandunun Moldova prezidenti seçilməsi münasibətilə ona ünvanlandığı təbriki, iki ölkənin MDB, GUAM və Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində tərəfdaş və ortaq hədəflərə malik ölkələr olduğu xatırlanır. Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovla söhbətin yekununda “bu ölkəni təzədən kəşf etdim”, - deyə, vurğulayır.
“Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycan dünyanın 190 ölkəsi arasında 28-ci yerdədir və ən çox islahatlar aparan ölkələrin ilk onluğuna daxildir. Ölkə əhalinin elektrik təchizatına görə dünyada ikinci yerdədir. Qlobal olaraq ikinci yer! Möhtəşəm. Hökumətin islahatlara görə məsuliyyət əmsalı, yəni islahatçı imic əmsalına görə isə Azərbaycan dünyada beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası göstəricisi üzrə 10-cu yerdə Azərbaycandır. Hökumət tərəfindən siyasi sabitliyin təmin edilməsi göstəricisinə görə 11-ci yerdədir. İnfrastruktur layihələri sahəsindəki nailiyyətlər də heyranedicidir: dəmir yolu xidmətlərinin səmərəliliyi baxımından - 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə - 12-ci yerdə. Magistral yolların keyfiyyətinə görə - 24-27-ci yer. Bu hesablama 74 inkişaf etməkdə olan ölkə arasında aparılıb. Təəssüf ki, Moldova bu göstəricilərdə Azərbaycandan çox geri qalır və bizim tərəfdaş ölkədən öyrənəcəyimiz çox şey var. Azərbaycan hərtərəfli inkişaf indeksi üzrə üçüncü yerdədir” – müəllif yazıb.

Onun qənətincə, daha bir maraqlı fakt Azərbaycanın kosmos dövlətinə çevrilməsidir: “Hazırda Azərbaycanda iki peyk var - telekommunikasiya peyki və əraziləri izləmək üçün peyk. Üçüncü peyk bu il orbitə çıxarılacaq. Etiraf edim ki, Azərbaycanın bir çox uğurları məni heyrətləndirdi və təəccübləndirdi. Düzü, postsovet respublikalarından birinin bu cür uğur qazana biləcəyini gözləmirdim. Bəs uğurlarının səbəbi nədir və daha nələrə nail olunub?”
Müəllif əmindir ki, əsas səbəb ölkə sükanı arxasında kimin durması və onun hansı siyasəti yürütməsi ilə bağlıdır:
“Azərbaycanın bəxti bu xüsusda gətirib. Heydər Əliyevin şəxsiyyəti bizim nəslin insanlarına yaxşı məlumdur. Görkəmli siyasətçi və lider. SSRİ dövründə diqqət çəkirdi, SSRİ Nazirlər Sovetinin sədri olacağına dair söz-söhbətlər vardı. SSRİ dağılandan sonra Heydər Əliyev Azərbaycan Prezidenti seçildi və qısa müddətdə ölkədəki siyasi vəziyyəti sabitləşdirməklə yanaşı, həm də Azərbaycanı iqtisadi və sosial böhrandan çıxarmaq üçün şərait yaratdı.
Heydər Əliyevdən sonra xalq ölkədəki ən yüksək postu onun oğlu İlham Əliyevə etibar etdi. Əfsanəvi atasının etdiklərindən sonra İlham Əliyevin üzərinə hansı məsuliyyətin düşdüyünü təsəvvür etmək olar. Və etiraf etməliyik ki, İlham Əliyev ona göstərilən etimadı doğrultdu. Azərbaycan prezidenti güclü və effektli lider kimi özünü təsdiqlədi. Əgər başqa rəhbərlərlə müqayisə etmək lazım gəlsəydi, o zaman mən onu Ərdoğanla (Türkiyə), Tszinpin (Çin) və Nazarbayevlə (Qazaxıstan) yanaşı qoyardım”.

Məqalədə bildirilir ki, böyük ölçüdə məhz İlham Əliyev sayəsində Azərbaycanda özünün ərazi bütövlüyü bərpa edib, modernləşmə başlayıb və xalqın rifah halı yüksəlib: “Bir çoxları bunu ölkədə öyrənilən parlaq hərbi əməliyyatla əlaqələndirir. Bu, əlbəttə ki, doğrudur. Hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan nəinki müasir bir ordu yaratmağı bacarıb, eyni zamanda bu ordu zəmanəmizin ən yaxşı texniki nailiyyətlərindən istifadə edib. Bütün bunlar mühümdür, amma əsas olan başqa şeydir. Məsələ ondadır ki, söhbət Azərbaycan xalqının iradəsi, onun siyasi rəhbərliyinin və hər şeydən əvvəl də İlham Əliyevin müdrikliyi ilə yanaşı, ondan gedir ki, işğal olunmuş torpaqları geri qaytarmaq üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan özünü qisasçı kimi aparmadı, baxmayaraq ki, buna mənəvi haqqı var idi. Və daha bir vacib məqam: işğal olunmuş ərazilərin azad edilməsindən çox az vaxt keçib, lakin Azərbaycan artıq bu gün bölgənin bərpasına və inkişafına nail olmaq üçün nəyi və necə edəcəyini yaxşı bilir. Görüləsi işlər isə çoxdur. Azərbaycan İqtisadiyyat İnstitutu direktorunun dəyərləndirməsinə görə, geri qaytarılmış ərazilərin tam bərpası yaxın 10 ildə 100 milyard manata (59 milyard dollar) başa gələcək...”
Ardınca qeyd edilir ki, məsuliyyətli hökumət, siyasi sabitlik, inkişafa və quruculuğa yönəlmək xətti Azərbaycana sərmayələrin cəlb olunmasını təmin edir. “Son 15 ildə Azərbaycana qoyulan həm xarici, həm də yerli investisiyaların ümumi həcmi təxminən 230 milyard dollar təşkil edir. Nəticədə son 10 ildə Azərbaycan iqtisadiyyatı 300% -dən çox artıb. Neft və qaz sektoru, şübhəsiz ki, Azərbaycanın iqtisadi artımının aparıcı faktorudur. Heydər Əliyev gələcək siyasi və iqtisadi islahatlar üçün əsas olan və Cənub Qaz Dəhlizi kimi nəhəng bir layihənin həyata keçirilməsinə zəmin yaradan neft strategiyasını da müəyyənləşdirdi. İlham Əliyevin dövründə sənaye modernləşdirildi və daha da inkişaf etdirildi. Cənub Qaz Dəhlizi 31 dekabr 2020-ci ildə tam istismara verildi. Son seqmenti olan TAP-ın tikintisi tamamlandı. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropa məkanına çatdırıldı. Beləcə, Azərbaycan Avropaya qaz tədarükçüsü və ixracatçısı oldu”, - məqalədə bildirilir.
Müəllif daha sonra yazır: “Gündəmdə həm də sənayen və kənd təsərrüfatının inkişafıdır. Burada da uğurlar var. Təkcə keçən il pandemiyaya baxmayaraq, sənaye istehsalı 11 faizdən çox artıb. Son 10 ildə Azərbaycanın demək olar ki, bütün infrastrukturu modernləşdirilib. Yeni yollar salınıb, 6 beynəlxalq hava limanı tikilib, Xəzərdə ən böyük dəniz limanı inşa edilir. Ölkənin elektrik sisteminə böyük investisiyalar qoyulub. 30 elektrik stansiyası tikilib. Beləliklə, əvvəllər Azərbaycan elektrik enerjisi idxal edib və pulunu xarici valyuta ilə ödəyirdisə, hazırda nəinki özünü elektrik enerjisi ilə tam təmin edir, həm də onu ixrac etməyə başlayıb”.
Yazıda Azərbaycan hökumətinin əhalinin maaş və pensiyaların artımına böyük diqqət yetirdiyi də qeyd edilir: “Son illər orta əmək haqqı və pensiya təqribən 13-14% artıb. Və son 15 ildə maaşlar 5, təqaüdlər 8 dəfədən çox artıb, bir çox mühüm sosial layihələr həyata keçirilib. Axırıncı 15 ildə 1,4 milyonu daimi olmaqla 1,9 milyon iş yeri yaradılıb. Eyni zamanda, əhali sayı 1,5 milyon artıb. 2004-cü ildə Azərbaycanda qazlaşdırma səviyyəsi yüzdə 51 idi. Əvvəllər kəndlərdə və bir çox şəhərlərdə qaz təchizatı yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlər yüz faiz qazla təmin olunub. Yol tikintisi infrastruktur layihələri arasında mühüm yer tutan sahədir. Bu həm iqtisadi, həm də sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Yeni yolun çəkildiyi yerdə bazarlara giriş rahatlaşdığı üçün bütöv bölgə canlanır, kənd təsərrüfatı istehsalı artır. Beləliklə, yol infrastrukturu yalnız sosial layihə deyil”.

Müəllif Azərbaycanın xarici tərəfdaşlarla möhkəm əlaqələr qurmasına da diqqət çəkib: “Avropa Birliyinin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Bakı Pakistanla hərbi-texniki əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bununla yanaşı, Pakistanla iqtisadi və nəqliyyat əməkdaşlığı inkişaf etməyə başlayıb. Türkiyə ilə ikitərəfli əlaqələrin inkişafı müxtəlif sahələrdə davam edir”.
Prezident İlham Əliyev az öncə imzaladığı “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər”inin təsdiq edilməsi haqqında fərmanını yada salan müəllif yazır:
“Sənədə görə yaxın 10 ildə 5 milli prioritet həyata keçirilməlidir:
- Davamlı inkişaf edən rəqabət qabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətçi insan kapitalı və müasir innovasiyalar məkanı;
- Azad edilmiş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi”.
Məqalənin sonunda bir daha Moldovanın Azərbaycandakı inkişaf və uğurlardan nümunə götürməli olduğunu vurğulanır və səfir Qüdsü Osmanovdan belə bir sitat gətirilir: “Bütün bunlar Azərbaycan üçün böyük bir uğurdur, hansı ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub və gələcəkdə hər şey yalnız daha yaxşı olacaq. Çünki ölkə rəhbərliyinin məqsədi - uzunmüddətli davamlı inkişafı təmin etməkdir ki, müstəqillik əbədi olsun, dövlətimizin qüdrəti, təsir imkanlarımız artsın və Azərbaycan xalqı daima öz əcdadlarının torpağında təhlükəsizlik şəraitdə yaşasın”.(Musavat.com)
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:42
Rusiya ABŞ şirkətini müsadirə edib
Dünən, 10:24
Deputat: "Bu, yalnız mənim şəxsimlə bağlı deyil"
Dünən, 07:55
Makron: Rusiya bizim üçün əbədi təhlükədir
Dünən, 07:50
Zelenski Nazirlər Kabinetini yeniləyir
13-07-2025, 16:36
Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər
13-07-2025, 10:08
MEDİA: "Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir"
11-07-2025, 21:16
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
11-07-2025, 16:32
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
11-07-2025, 12:55
Putin uzunmüddətli müharibəyə hazırlaşır
11-07-2025, 08:16
Ryabkov: BRİCS anti-Amerika birliyi deyil
10-07-2025, 23:33
Temmi Bryus: "ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir"
10-07-2025, 12:36
Rusiya ordusuna yeni bombardmançılar veriblər
10-07-2025, 11:38
Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil
10-07-2025, 08:35
NATO ilə Rusiya arasında münaqişə riski artır
9-07-2025, 13:20
XİN: "İranın Ermənistandakı səfirinin iddiaları qəbuledilməzdir"
9-07-2025, 13:01
Mərkəz rəhbəri barədə daha bir qərar qəbul edilib
9-07-2025, 12:31
Məhkəmə Bəşir Süleymanlı barədə qərar verib
9-07-2025, 11:23
ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik edib
9-07-2025, 09:45
Daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib
9-07-2025, 08:33
Tramp: Putindən çoxlu cəfəngiyyat eşidirəm
9-07-2025, 08:27
Lavrov: Fransa və Almaniya liderləri ağıllarını itirib
8-07-2025, 22:41
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışıb
8-07-2025, 17:38
Fazil Mustafaya sui-qəsd işi: təqsirləndirilən şəxslərlə bağlı növbəti qərar verilib
8-07-2025, 14:22
Ermənistanda siyasi gərginlik səngimir
8-07-2025, 13:25
Zahid Oruc: İndi İrəvanın taleyi Bakıda həll olunur
8-07-2025, 12:53
DTX daha bir əməliyyat keçirib
8-07-2025, 09:10
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
8-07-2025, 08:55
Polşada Avropanın ən güclü ordusu yarana bilər
7-07-2025, 17:03
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
7-07-2025, 17:03
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
7-07-2025, 16:37
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
7-07-2025, 12:55
Paşinyan kilsə rəhbərini çevrilişə dəstək verməkdə ittiham edir
7-07-2025, 10:43
İmaməddin Əlimanovun işi üzrə proses başlayıb
7-07-2025, 08:20
Tramp Putinlə danışıqdan məyus olub
6-07-2025, 09:47
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə mane olan səbəblər açıqlanıb - Foto
4-07-2025, 18:25
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir