20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Tahir Kərimli: “Ağdama çatırıq, hər yan vəhşicəsinə dağıdılıb”
Tarix: 17-03-2021 13:49 | Bölmə: Siyasət
Tahir Kərimli: “Ağdama çatırıq, hər yan vəhşicəsinə dağıdılıb”

“Hazırda Ağdam şəhəri istiqamətində hərəkət edirik. Yolları bərbad hala saldıqları üçün hələlik şəhərə çatmamışıq. Ancaq işğaldan azad olunan bəzi kəndləri keçən zaman erməni vəhşiliyinin bir daha şahidi olursan”.

Reyting.az
xəbər verir ki, bu sözləri işğaldan azad edilən Ağdam şəhərinə səfər edən siyasi partiya liderlərindən Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

T. Kərimli əlavə edib ki, Ağdama gedən yol bərbaddır: “Ancaq bir neçə kəndi keçmişik. Yəqin ki, bir azdan şəhərə çatacağıq. Keçdiyimiz kəndlər sanki ruhlar məskəninə çevrilib. Heç nə yoxdur. Ağacları məhv ediblər, həyətlərdə bir ağac belə qalmayıb. Hər yan vəhşicəsinə dağıdılıb. Ermənilərin bir zamanlar qurduqları səngərləri görürük. Biz ermənilər haqqında deyil, vəhşi bir sürü barəsindən danışa bilərik. Təbiətə, ağaca, daşa belə rəhm etməyiblər. Mən hazırda qarışıq hisslər keçirirəm”.

T. Kərimli qeyd edib ki, 30 il əvvəl bu yolla səfərlər edib: “İnsan qeyri-ixtiyarı düşünür ki, axı mən 30 il əvvəl bu yollardan istifadə etmişəm. O zaman kəndlər çox gözəl idi, keyfiyyətli yollar var idi. Hər şeyi məhv ediblər. Mən qəribə hisslər keçirirəm. İnanıram ki, bu tarixi torpaqlarımızı yenidən abadlaşdırmağımız, ora qayıtmağımız bu vəhşilərə ən gözəl cavabımız olacaq”.

Deputat xatırladıb ki, ermənilər bizi monqollara bənzədib, guya vəhşi obrazımızı yaratmaq istəsələr də, hətta monqollar ermənilərdən fərqli olaraq əmlaka, ağaca, daşa belə divan tutmayıblar.




Bölməyə aid digər xəbərlər