20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Deputat Baş nazirlə sabiq prezidenti ittiham edir
Tarix: 17-03-2021 22:49 | Bölmə: Siyasət
Deputat Baş nazirlə sabiq prezidenti ittiham edir

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan həmişə Nikol Paşinyanın xilasedicisi olub və indi də eyni mövqedədir.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan Levon Ter-Petrosyanın Baş nazir Paşinyana “humanitar dəhliz” verilməsinin vacibliyi haqda açıqlamasını şərh edərkən deyib.

Gevorq Petrosyan əlavə edib ki, Ter-Petrosyan yetkin insandır və bir növ keçmişi var, açıqlamasının qanuni prinsiplərə zidd olduğunu anlamalıdır: “Ter-Petrosyan başa düşmür və ya başa düşərək aşağıdakı tezisi dövriyyəyə buraxır: biz başa düşdük ki, Nikol günahkardır, amma o bizim oğlandır, gəlin onu sağ-salamat ölkədən çıxarıb sonra istədiklərini edək. Keçmiş prezidentin təklifi Paşinyanın xoşuna gəlir. Fikrimcə, Paşinyan bir çox məsələlərdə özünü sığortalaya bildi və indi Baş nazir postu onun üçün başağrısına çevrilib. Onun vəzifəsi gələcək təhlükəsizlikdir, buna görə Ter-Petrosyanı bu məsələyə cəlb edir”.

Deputat bildirib ki, “Mənim addımım” fraksiyasının üzvləri keçmiş prezidentin açıqlamasına şiddətlə reaksiya göstərib:
“Məncə, bunlar sadəcə, səhnə oyunlarıdır. Ter-Petrosyan özü ölkənin lideri idi və belə savadsız bir açıqlamaya yol verməməli idi. Deyir ki, bu adam on minlərlə uşağın həyatını məhv edib, amma gəlin onu xaricə buraxaq. Levon Ter-Petrosyan bu uşaqların valideynlərinin lənətlərinə necə dözəcəksən?”.




Bölməyə aid digər xəbərlər