20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Azərbaycanın müdafiə strukturları agentlərdən təmizlənməlidir - Partiya sədri
Tarix: 18-03-2021 10:36 | Bölmə: Siyasət
Azərbaycanın müdafiə strukturları agentlərdən təmizlənməlidir

“Vətən müharibəsi zamanı Qarabağın cənub istiqamətində ordumuz irəlilədi, ciddi döyüşlər getdi. Amma Ağdam və şimal hissədə ciddi əməliyyatlar müşahidə edilmədi. Həmin vaxt ordumuzda Rusiyaya bağlı qüvvələrin olması, xəyanətkar generalların mövcudluğu haqda fikirlər eşidilirdi. Onsuz da müharibədən sonra bunun aradan qaldırılması üçün müəyyən işlər getməli idi. Bu, dövlətçilik istiqamətində atılan addımdır və işləri gedir”.

Bu fikirləri Reyting.az-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bir neçə gün əvvəl həbs edilən general Rövşən Əkbərov və Xəqani Cəbrayılov haqqında danışarkən deyib.

B. Quliyev hesab edir ki, bütün müdafiə strukturları təmizlənməlidir: “Güclü ordumuz olmalıdır ki, başqa ölkələrin burada sifarişlərinin həyata keçirilməsi qeyri-mümkün olsun. Artıq bu proses başlayıb”.

“Bu həbsləri son müharibə ilə əlaqələndirmək doğrudurmu” sualına gəldikdə, partiya sədri bildirib ki, bu, aprel döyüşlərindən sonrakı dövrdə baş verənlər və son müharibə zamanı agentura şəbəkəsinin zərərsizləşdirilməsindən sonra ortaya çıxan proseslərin məntiqi nəticəsidir: “Ordu quruculuğu ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq məsələsində atılan addımlar hər şeyi ortaya çıxarıb. Başqa ölkələrə xidmət edən şəbəkələrə ehtiyacımız yoxdur. Hesab edirəm ki, biz, milli dövlətçiliyin qurulması prosesindəyik. Bütün siyasi qüvvələr bu mərhələdə dövlətin yanında olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər