20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
ABŞ-dan sərt tələb: "Şimal axını-2" qaz kəmərinin inşasını dayandırın!
Tarix: 18-03-2021 23:57 | Bölmə: Siyasət
ABŞ-dan sərt tələb: "Şimal axını-2" qaz kəmərinin inşasını dayandırın!

ABŞ Dövlət katibi Entoni Blinken “Şimal axını-2” qaz kəmərinin çəkilişində iştirak edən şirkətlərdən bu işi dayandırmağı tələb edib.

Reyting.az
-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, Dövlət katibinin adından yayılmış açıqlamada bir daha xatırlanır ki, “Şimal axını-2” boru kəməri ilə əlaqəsi olan təşkilat ABŞ sanksiyalarına məruz qala bilər. Onlardan dərhal boru kəməri üzərində işi dayandırmaları tələb olunur.

Blinken müraciətində qeyd olunur ki, Dövlət Departamenti boru kəmərinin tamamlanması istiqamətində səyləri izləyir və bu layihədə iştirak edən şirkətlərlə bağlı məlumatları qiymətləndirir.



Blinken bildirir ki, ABŞ-ın ayrı-ayrı administrasiyalarının dediyi kimi, bu boru kəməri Rusiyanın geosiyasi layihəsidir. Məqsəd Avropanı bölmək və enerji təhlükəsizliyini zəiflətməkdir.

“Şimal axını-2” qaz boru kəməri Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin inşasını nəzərdə tutur. ABŞ bu layihəyə qarşı fəal şəkildə çıxış edir, Avropa Birliyinin, eləcə də Ukrayna və bir sıra Avropa ölkələrinin marağını özünün mayeləşdirilmiş təbii qazına yönəltməyə çalışır. ABŞ 2019-cu ilin dekabrında qaz kəmərinə qarşı sanksiya tətbiq edib, nəticədə İsveçrənin “Allseas” şirkəti kəmərin inşasındakı işini dayandırmaq məcburiyyətində qalıb.




Bölməyə aid digər xəbərlər