20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Ermənistan XİN üçtərəfli bəyanatın tələblərini pozur
Tarix: 19-03-2021 13:59 | Bölmə: Siyasət
Ermənistan XİN üçtərəfli bəyanatın tələblərini pozur

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ərazilərinə səfərləri Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart 2021-ci il tarixli bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, Ermənistan XİN mövcud olmayan dağıntılar barədə danışmazdan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidənin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

“Ermənistan tərəfi hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nə vəd etmir", - deyə şərhdə qeyd olunub.




Bölməyə aid digər xəbərlər