20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Nazirlik daha beş partiyanı ofislə təmin edib
Tarix: 19-03-2021 18:43 | Bölmə: Siyasət
Nazirlik daha beş partiyanı ofislə təmin edib

Fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyalar dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunurlar.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, martın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha beş siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasının nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər