20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Ermənistanın yeni Baş Qərargah rəisi: “Siyasi proseslərə qoşulmayacağıq”
Tarix: 22-03-2021 14:41 | Bölmə: Siyasət
Ermənistanın yeni Baş Qərargah rəisi: “Siyasi proseslərə qoşulmayacağıq”

“Əminəm ki, Silahlı Qüvvələr siyasi proseslərdə iştirak etməyəcək”.

Bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan söyləyib.

Məlumata görə, bu gün Nikol Paşinyan onu ali hərbi rəhbərliyə təqdim edib.

Xatırladaq ki, martın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında Ermənistan Prezidenti Armen Sarkisyana vəsatət təqdim edib. Martın 22-də Ermənistan Prezidentinin bu təyinatı Konstitusiya Məhkəməsində mübahisələndirmək müddəti başa çatdığına görə A.Davtyan Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb/Report.




Bölməyə aid digər xəbərlər