20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Paşinyanı devirmək istəyənlərin yeni planı açıqlanıb
Tarix: 24-03-2021 10:49 | Bölmə: Siyasət
Paşinyanı devirmək istəyənlərin yeni planı açıqlanıb

“Uzun müddətdir ki, müxtəlif etirazlar, vətəndaş itaətsizliyi hərəkatları, mitinqlər və digər hüquqi və siyasi yollarla ölkəmizi fəlakətə aparan hökumətə qarşı mübarizə aparırıq”.

Reyting.az
xəbər verir ki, bu, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin Xilası” Hərəkatının yaydığı açıqlamada deyilir.

Hərəkat bəyan edir ki, bu müddət ərzində Baş nazir kürsüsündən yapışan bir adamın istefaya göndərilməsi tələbi ətrafında geniş ictimai konsensus yaratmağı bacarıblar: “Rejim tədricən, amma geniş kütləvi təzyiqlərə məruz qalır. Cəmiyyət və bütün siyasi qüvvələr üçün mövcud böhran həll olunmadan Ermənistanın inkişafının mümkünsüz olduğu açıqdır, üstəlik, ölkənin suverenliyi və ərazi bütövlüyü təhlükə altındadır. Eyni zamanda, davamlı mübarizənin vətəndaşlar üçün müəyyən narahatlıqlar yaradır ki, bu da Hərəkatın məqsədi deyildir”.

Bəyanatda “Vətənin Xilası” Hərəkatının bu mərhələdə mübarizə planı da açıqlanıb:

“Aksiyalar coğrafiyasını və bölgələrdə yaşayan əhalinin cəlb olunmasını genişləndirərək yeni siyasi aksiyalar dalğasına başlamaq.

İctimai təzyiqi davam etdirmək və Hərəkatın gələcək fəaliyyətlərini əlaqələndirmək üçün Dəmirçyan küçəsində yerləşən çadır şəhərciyinin qərargah elan edilməsi.

Vətəndaşlar üçün yaradılan narahatlıqları aradan qaldıraraq Yerevanın Baqramyan prospekti boyunca sərbəst hərəkəti bərpa etmək”.

Beləliklə, Paşinyan hökumətinin iyunun 20-də ölkədə növbədənkənar seçkilər təyin etməsi də radikal və revanşist qüvvələrin seçkilərə hazırlaşmasına səbəb olmayıb. Əksinə, revanşist qüvvələr Paşinyan hökumətini devirmək üçün mübarizəni davam etdirəcəyini bəyan edib.




Bölməyə aid digər xəbərlər