20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Avropa liderlərinin zirvə görüşü: Merkel Türkiyənin tərəfini tutdu
Tarix: 25-03-2021 13:28 | Bölmə: Siyasət
Avropa liderlərinin zirvə görüşü: Merkel Türkiyənin tərəfini tutdu

Avropa Birliyi (AB) liderlərinin iştirakı ilə 25-26 martda keçiriləcək zirvə görüşündə COVİD-19 pandemiyası, vaksinlərin Avropada paylaşılması və Türkiyə-AB münasibətləri müzakirə ediləcək.

Reyting.az xəbər verir ki, AB liderlərinin zirvə görüşündən əvvəl Almaniya parlamentində çıxış edən Baş nazir Merkel rəsmi Ankaraya xoş mesajlar göndərib.

Merkel bəyan edib ki, Türkiyə Şərqi Aralıq dənizində gərginliyi azaldacaq addımlar atmaqla bunun siqnallarını verib.

Bundan başqa, Türkiyənin çox etimad ediləcək ortaq olduğunu bəyan edən xanım Merkel qaçqın böhranında Türkiyənin rolunu xüsusi qabardıb. Məhz Türkiyənin sayəsində Avropaya qaçqın axınının dayandırıldığını xatırladan Merkel əlavə edib ki, məhz bu addımlar sayəsində Egey dənizində ölümlərin sayında da kəskin azalma baş verib.

Angela Merkel eyni zamanda Türkiyə ilə Avropa Birliyi arasında qaçqın razılaşmasının yenilənməsini dəstəklədiyini bildirib.

Məlumat üçün qeyd edək ki, bu gün və sabah baş tutacaq AB liderlərinin zirvə görüşündə Fransa liderliyi ilə anti-Türkiyə mövqeyində olan bir neçə ölkə var. Hansılar ki, onlar son bir ildə AB-nin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə çalışırlar.

Reyting.az




Bölməyə aid digər xəbərlər