20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Hikmət Hacıyevdən ermənilərin Cəbrayılda qanunsuz ibadətgah tikməsi barədə - Açıqlama
Tarix: 25-03-2021 15:35 | Bölmə: Siyasət
Hikmət Hacıyevdən ermənilərin Cəbrayılda qanunsuz ibadətgah tikməsi barədə - Açıqlama

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə reaksiya verib.

Reyting.az
xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində paylaşım edib.

Prezidentin köməkçisi bildirib ki, 2017-ci ildə XİN sözçüsü kimi işləyərkən, işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama verib: "Orada qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”.




Bölməyə aid digər xəbərlər