20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Azərbaycandakı 55 partiya MSK-ya hesabat vermək istəmir
Tarix: 29-03-2021 09:57 | Bölmə: Siyasət
Azərbaycandakı 55 partiya MSK-ya hesabat vermək istəmir

Aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Reyting.az
xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 7-si illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və “Milli Vəhdət” Partiyasıdır.(Report)




Bölməyə aid digər xəbərlər