23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Ümid Partiyasının növbəti Qurultayı - Xalqa müraciət ünvanlanıb
Tarix: 29-03-2021 13:12 | Bölmə: Siyasət

Martın 28-də Azərbaycan Ümid Partiyasının V (VII) Qurultayı pandemiyanın şərtlərinə uyğun olaraq, onlayn qaydada keçirilib.
Reyting.az-ın məlumatına görə, Qurultayı giriş sözüylə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri İqbal Ağazadə açaraq, Qurultaya Hazırlıq barədə məlumat verib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Mandat Komissiyasının Hesabatı dinlənilib. Qeyd edilib ki, Ümid Partiyası növbəti Qurultayına 69 rayon şöbəsindən seçilmiş 650 nümayəndə ilə getməli olsa da, Qurultay obyektiv səbəbdən gecikdiyinə görə 19 rayon şöbəsində konfransların vaxtı tamamlanıb. Bununla belə 19 rayondan olan Təşkilat Komitəsinin rəhbərləri Qurultayda iştirak edirlər.
52 Rayon Şöbəsi isə Qurultaya seçilmiş nümayəndələrlə təmsil olunur.

451 Qurultay nümayəndəsindən 437 nəfəri onlayn qaydada qurultayda iştirak edir. Bu səbəbdən Mandat Komissiyası Qurultayın səlahiyyətli olduğunu bildirib və Qurultayın idarə olunması üçün Sədarət, Say komissiyası və Katiblik seçilib. Daha sonra Sədarət qurultayarası dövrdə hesabat üçün partiyanın sədri İqbal Ağazadəyə söz verib.
Partiya sədrinin Qurultayarası dövrlə bağlı hesabatı dinlənilib və Qurultay tərəfindən qənaətbəxş hesab edilib. (Sədrin çıxışı sosial şəbəkələrdə canlı yayınlandı)
Sonra partiyanın nizamnaməsinə uyğun olaraq, təşkilati məsələyə baxılıb. Qurultay nümayəndələri tərəfindən Ağazadə İqbal Fehruz oğlunun yenidən partiya sədrliyinə namizədliyi irəli sürülüb və o, yekdilliklə Azərbaycan Ümid Partiyasının sədri seçilib.
Qurultayda partiyanın nizamnaməsinə uyğun olaraq, 78 nəfər Ali Məclis üzvü seçildi və təsdiq edilib, 7 nəfər MNTK üzvü seçilib.
Partiya sədrinin və digər rəhbər orqanların seçilməsini əks etdirən sənədlərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmək üçün səlahiyyətli nümayəndə seçilib.

Qurultay adından xalqa müraciət ünvanlanmaqla Qurultay öz işini bitmiş hesab edib.
Müraciətdə deyilir:
“Əziz soydaşlar!
Azərbaycan tarixinin çətin və məsuliyyətli dönəmində Ümid Partiyası olaraq, sizlərə müraciət edirik!
Vətənimiz çox ciddi problemlərlə üz-üzədir. Baxmayaraq ki, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan xeyli ərazilərimizi işğaldan azad etdik. Lakin hələ də dövlət suverenliyimizin bərpa olunmadığı bir xeyli şəhər və kəndlərimiz də var. Bu gün həmin inzibati-ərazi vahidlərində hələ də Azərbaycan bayrağı dalğalanmır. Rusiya sülhməramlı qüvvələr adı ilə torpaqlarımızın bir hissəsində erməni-rus hakimiyyəti formalaşdırmaq istiqamətində iş aparır. Minlərlə şəhidlərin qanı hesabına azad etdiyimiz torpaqlarda dövlət maraqlarımızın təmin olunması işi ləng aparılır, diplomatik masada çəkingən siyasət yürüdülür, sistemli, ardıcıl diplomatik xətt ortaya qoyulmur.
Beləliklə də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran üzərində nəinki suverən hüquqlarımız qorunmur, gələcək üçün yeni münaqişə ocağının formalaşdırılması, yenidən etnik-separatçı əməllər üçün münbit şərait yaranır. 44 günlük müharibədəki zəfərə kölgə salmadan gələcək işlərimiz və uğurlarımız üçün aparılan siyasət təssüf ki, ümidverici ruhda deyil.

Sosial vəziyyət günü gündən ağırlaşır, əhalinin aztəminatlı hissəsi kasıblıq həddindən də aşağı yaşayır, hakimiyyət bu yöndə uğurlu sosialyönümlü büdcə paketi formalaşdıra bilmir. Qiymətlər əsaslandırılmamış şəkildə qaldırılır, məhsulların maya dəyəri şişirdilərək, xərclər əhalidən tutulur. Bir sözlə, Azərbaycan əhalisi sosial cəhətdən güvənli və ümidli gələcəyə inamsızdır.
Korrupsiya və rüşvətxorluq sahəsində mübarizə aparıldığını bəyan edən mövcud iqtidar səmimi görünmür. Ümid Partiyasının dəfələrlə bəyan etməsinə baxmayaraq, vətəndaş cəmiyyəti, müxalif siyasi partiyaların, KİV nümayəndələrinin bu prosesə cəlb edilməsində iqtidar maraqlı görünmür. Bu da onun göstəricisidir ki, hakimiyyət bu istiqamətdə effektiv və koordinal mübarizə metodlarından daha çox imitasiya siyasətinə üstünlük verir.
Demokratik seçki üçün Azərbaycanda heç bir mühit yoxdur, keçirilən seçkilərin nəticəsi xalqın iradəsini əks etdirmir. Mərkəzi, dairə və məntəqə seçki komissiyaları bütövlükdə iqtidarın inhisarında saxlanılmaqla saxtakarlığa yol açır, qanunlar pozulur, seçici iradəsi seçkilərdə nəzərə alınmır.
İnsan haqlarının qorunması istiqamətində yenə də ciddi narahatlıqlar və hüquqpozmalar var. Beynəlxalq hesabatlarda təəssüf ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində ciddi və fundamental geriləmələrin olduğu xüsusi vurğulanır. Məhkəmələr azad deyil, çıxarılan məhkəmə hökmləri sifarişli və qərəzli, əksər hallarda isə rüşvətə əsaslanır.
İqtisadi azadlıqlar sahəsində də ölkəmiz son illər geriləmiş, azad olmayan ölkələr siyahısına düşüb.
Təssüflə qeyd edək ki, məmur-oliqarx siyasəti hələ də dəyişmiş, inhisar siyasətindən əl çəkilmir, bazara və idxal-ixrac prosesinə hələ də məmur-oliqarxlar nəzarət edirlər.
Azərbaycanda mətbuatla bağlı ciddi problemlər hələ də qalmaqdadır. İnternet resursları xaric özəl televiziya və mətbuat hakimiyyətin nəzarəti altında olmaqla yanaşı, reklam bazarı da sifarişli və nəzarət altındadır.
KİV-nə dövlət dəstəyi adı ilə təəssüf ki, hakimiyyətin siyasətini dəstəkləyənlərə yardım ayrılır, bu mətbuat isə bəlli çərçivədən kənar fəaliyyət göstərmir, bəzi hallarda isə mətbuat qeyri-qanuni vasitələrlə maliyyələşdirilir.
Əziz həmvətənlər!
Problemlərimiz çoxdur. Sadalamadığımız nə qədər çətinliklər var ki, hər bir Azərbaycan ailəsini əzir. Səhiyyədə, təhsildə olan çoxsaylı problemlər genefondumuzu məhv edir, sağlam və savadlı vətəndaş yetişdirilməsi istiqamətində gələcəyimizə balta çalır. Xüsusi ilə pandemiya şəraitində insanlarımız dövlətdən lazım olan dəstəyi görə bilmədi, çətinliklərlə az qala baş-başa buraxıldı. İş adamları, orta sahibkarlıq bu illər ərzində çox ciddi tənəzzül etdi, iqtidarın yürütdüyü siyasət bu təbəqəni az qala sıradan çıxartdı.
Dəyərli vətəndaşlar!
Dünyada hər şey dəyişir, özəlliklə hakimiyyətlər. Dəyişməyən hakimiyyətlər xalqları, dövlətləri, ən sonda özləri üçün ciddi problemlər yaradırlar. Azərbaycanda uzun illərdir dəyişməyən iqtidar var. Ayrı-ayrı kadrlar dəyişsə də, sistem dəyişmir, idarəetmə olduğu kimi qalır.
Ümid Partiyası olaraq, hamınızı sıralarımıza dəvət edərək, siyasətimizin yeni dövrünü başlamağa səsləyirik. Bu dövr Azərbaycanda quruculuq dövrü olmalı, hamımız bu quruculuqda vətəndaş kimi borcumuzu verməliyik.

Konistitusiyamız yenidən qurulmalı, Qarabağımızın işğaldan azad olunmuş əraziləri bərpa edilməli, Xankəndi başda olmaqla, digər ərazilərimizdə suveren hüquqlarımız, Azərbaycan vətəndaşlarının sosial cəhətdən güvənli yaşayışı, məhkəmələrin müstəqilliyi təmin olunmalı, təhsil, səhiyyə sistemimiz tam yenidən qurulmalı, azad, demokratik seçkilər keçirilməli, insan və vətəndaş haqları qorunmalı, bir sözlə, layiqli Azərbaycan, güvənli vətəndaş yetişdirilməlidir.
Bu iqtidar uzun illər hakimiyyətdə olmasına baxmayaraq, bu vəzifələri yerinə yetirə bilmədi.
Bu hakimiyyət bu illər ərzində nə etmək mümkünsə, edib, bundan sonra edə biləcəkləri elə də çox deyil. Əksinə, qaldıqca vəziyyət ağırlaşır.
Əziz həmvətənlər!
Sizi əmin edirik ki, bizimlə bir sırada mübarizə aparmaqla Azərbaycanın gələcəyini layiqli və güvənli qura bilərik. Hamınızı ilk seçkilərdə Ümid Partiyasının siyasi kursuna və namizədlərinə səs verməyə çağırır, sıralarımıza qoşulmağa dəvət edirik.
Bu ölkənin gələcəyini Ümidlə biz yazacaq, arzu etdiyimiz Azərbaycanı quracağıq. Bizimlə olun ki, bu iş sürətli və qısa zamanda gerçəkləşsin”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər