Ermənistanda növbəti aksiya - Daşnaklar Türkiyənin bayrağını yandırıb - Video
Tarix: 29-03-2021 16:17 | Bölmə: Siyasət
Ermənistanda növbəti aksiya - Daşnaklar Türkiyənin bayrağını yandırıb

Daşnaksütyun Partiyası Ermənistan Təhlükəsizlik Şurasının binası qarşısında etiraz aksiyası keçirir.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, partiya funksioneri Qeqham Manukyan Təhlükəsizlik Şurasının Türkiyənin Ermənistandakı səfirliyinə çevrildiyini, Şuranın katibi Armen Qriqoryanın isə Türkiyənin Emənistandakı səfiri olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Türkiyə ilə münasibətdə yanaşmalarına düzəliş etməlidir. Məhz onun bu sözü uzun illər Ermənistanda anti-türk və anti-Azərbaycan kampaniyası aparan daşnakların etirazına səbəb olub. Hazırda daşnaklar erməni cəmiyyətinin Türkiyəyə qarşı barışmaz mövqedə olmasını təmin etmək məqsədilə fəal kampaniya aparırlar.

Aksiya zamanı Türkiyə Respublikasının bayrağı yandırılıb.





Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib