Fərid Şəfiyev: "Qərb ölkələri Azərbaycana güclü təzyiqlər edir"
Tarix: 31-03-2021 12:09 | Bölmə: Siyasət
Fərid Şəfiyev: "Qərb ölkələri Azərbaycana güclü təzyiqlər edir"

“Saxlanılan erməni hərbçilər barədə çox yazılır və Qərb ölkələri tərəfindən Azərbaycana güclü təzyiqlər edilir. Qısa şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Lakin 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib”.

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, bu bəndin ikili izahı yoxdur: "Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər. Təbii ki, 2020-ci ilin dekabrında 3 azərbaycanlı hərbçini və bir mülki işçini öldürən ermənilərin məsələsi də gündəmdədir. Mənə maraqlıdır ki, amerikalı qanun yazarı Bob Menendesin cəzası verilməmiş cinayət məsələsinə yanaşması necədir?

Açığı, bu ikiüzlü “qanun yazarı” məni o qədər də narahat etmir”.




Bölməyə aid digər xəbərlər