23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Fərid Şəfiyev: "Bir sıra qüvvələr Ermənistan-Azərbaycan barışığında maraqlı deyillər"
Tarix: 31-03-2021 12:47 | Bölmə: Siyasət

Regionda sülh Cənubi Qafqazda bütün tərəflər gələcəyin əməkdaşlıqdan asılı olduğuna əmin olduqdan sonra bərpa olacaq”.
Reyting.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev regionda müharibədən sonrakı vəziyyəti şərh edərkən deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan rəhbərliyi bütün kəskin məsələlərin həlli ilə bağlı əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib:
"Bununla yanaşı, Prezidentin də qeyd etdiyi kimi 30 illik dağıdıcı işğaldan əziyyət çəkən ölkə olaraq biz bütün cəbhələrdə - beynəlxalq hüquq çərçivəsində, beynəlxalq təşkilatlarda, mediada və digər cəbhələrdə hücum diplomatiyasını davam etdirməliyik. Beynəlxalq mediada Azərbaycanın 10 noyabr bəyannaməsinin bəndlərini yerinə yetirməsi ilə bağlı səyləri, xüsusilə Kəlbəcərin boşaldılması üçün verilən vaxtın 10 gün müddətində uzadılması, Meğri-Qafan-Gorus yolunun Azərbaycan seqmentinin açılması, 1400-ə yaxın hərbçi meyitinin təhvil verilməsi və sair kimi xoşməramlı jestləri çox az işıqlandırılır. Onu da qeyd edim ki, adekvat addımları Ermənistan tərəfindən görmürük".
Fərid Şəfiyev bildirib ki, şəxsi görüşlər zamanı Qərb diplomatları və ekspertləri ona Azərbaycanın qalib tərəf kimi “səxavətli” olmalı olduğunu deyirlər:
"Onlar qələbənin Azərbaycana böyük qurban və vəsait hesabına başa gəldiyini, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi bir vaxtda bu ərazilərin bərpası ilə bağlı bizi qabaqda çətin işlərin gözlədiyini unudurlar. Öz evlərini, yaxınlarının qəbirlərini dağılmış vəziyyətdə görmüş məcburi köçkünlər, əzizlərini müharibədə, Gəncə, Tərtər, Bərdə hadisələrində itirənlər üzərində nəhəng emosional yük var. Ədalət naminə demək lazımdır ki, bəzi Qərb mediası bu barədə yazır".
F.Şəfiyev xatırladıb ki, 1980-ci illərin sonlarında erməni milliyyətçiləri Ermənistanda azərbaycanlılara qarşı etnik təmizlənmə həyata keçiriblər və bundan sonrakı fəaliyyətlərini Azərbaycan ərazisində icra etməyə başlayıblar: "Hərbi əməliyyatlardan sonrakı inkişaf və bərpa barədə danışarkən məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Belə ki, Qarabağda erməni məsələsi, erməni irsi və sair ilə yanaşı analoji məsələlər Ermənistanda azərbaycanlılarla bağlı da mövcuddur.
Müharibədən sonrakı vəziyyətə dair gündəlikdə duran bir sıra məsələlər var və bunlarla bağlı Azərbaycana güclü təzyiq göstərilir. Bizim buna cavabımız konkret tələblər göstərilməklə adekvat olmalıdır”.
Hərbi cinayətlər məsələsinə gəldikdə mərkəz direktoru vurğulayıb ki, bir sıra beynəlxalq QHT İkinci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə dair bəzi hesabatlar hazırlayıblar: “Onların içərisində obyektiv olanları qədər “Human Rights Watch”un bu yaxınlarda hazırladığı nəşri kimi qərəzli mövqe nümayiş etdirənləri də var. Hərbi cinayətlərin araşdırılması son dərəcə vacibdir və bununla yanaşı Azərbaycan Ermənistanın törətdiyi çoxsaylı hərbi cinayətlərlə əlaqədar beynəlxalq məhkəmələrdə qaldırdığı hüquqi tələbləri davam etdirməlidir. Bu məsələdə qərəzli mövqe nümayiş etdirən QHT ilə hər növ əməkdaşlıq dayandırılmalıdır”.
Azərbaycanla Ermənistan arasında barışıq məsələsinə diqqət çəkən F.Şəfiyev bunun çox çətin və həssas məsələ olduğunu vurğulayıb:“Tez-tez xaricdən olan həmkarlarım bu istiqamətdə mövcud perspektivlər barədə mənə suallarla müraciət edirlər.
Bir sıra qüvvələr bu barışıqda maraqlı deyillər və təəssüf ki, bunu istəməyənlər həm Qərbdə, həm də Rusiyada var. Çox vaxt amerikalı, avropalı və rusiyalı siyasətçilər sırf şəxsi maliyyə və seçki maraqları naminə nifrət təbliğatını aparmağa davam edirlər. Bu, problemin bir hissəsidir.
Problemin digər tərəfi ondan ibarətdir ki, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti daxilində çoxsaylı emosional faktorlar mövcuddur. Hər iki cəmiyyətdə müəyyən aktorlar ortaya çıxmalıdır və bu işlər sinxron şəkildə həyata keçirilməlidir. Birtərəfli şəkildə barışıq istiqamətində edilən səylər işləməyəcək.
Lakin hansısa formada başlamaq lazımdır və xarici QHT, fondların və s. təcrübəsi bu baxımdan yararlı ol bilər. Bir şərtlə ki, onların işlərinin arxasında hansısa qapalı niyyətlər gizlənməsin. Buna misal olaraq, əvvəllər bəziləri Azərbaycanda ərazi itkisi, yanı faktiki olaraq işğalla barışmaq təbliğatını aparmağa cəhd edirdilər. Bu kimi niyyətlər işləmədi və heç zaman da işləməyəcək.
Əgər Azərbaycanda ermənilərin hüquqlarından danışılırsa, o zaman azərbaycanlıların Ermənistana qaytarılması və onların hüquqları məsələsi ortaya çıxır. Çoxmillətlilik demokratiyanın vacib göstəricilərindən biridir. Bu barədə Yerevanda özlərinə məxsus şəkildə danışmağı sevirlər və çox qəribədir ki, onların müxtəlif fondlardakı himayədarları bu vacib element barədə, daha dəqiq desək, erməni tarixində və müasir dövlətçiliyində bu amilin qeyd olunmamasını heç zaman gündəmə gətirmirlər.
Ən əsası Cənubi Qafqazın gələcəyinə baxış ərazi bütövlüyü prinsipi əsasında olmalıdır. Mən bu barədə avropalı həmkarlarıma da deyirəm. Məhz bu təcrübədən Avropada müharibə sonrası bərpa prosesində istifadə olunub.
Bu gün, 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırımının ildönümüdür. Barışığa dair qeyddən sonra bu barədə danışmaq yersiz görünə bilər. Lakin bir çox Qərb siyasətçiləri və ekspertləri 1915-ci il məsələsini qaldırırlarsa, tarixi yaddaş məsələsi birtərəfli olmamalıdır, yoxsa bu sahədə də erməni monopoliyası hökm sürür? Mən artıq Türkiyənin bu məsələ ilə əlaqədar tarixi komissiyanın yaradılması ilə bağlı çoxsaylı təşəbbüslərini bir kənara qoyuram. Faktiki olaraq Türkiyənin boynuna araşdırılmamış “araşdırma”nın nəticələrini qoymaq istəyirlər.
Davamlı sülh anti-müsəlman, antitürk və anti-Azərbaycan isteriyası olmadan mümkündür. Bununla yanaşı, Qərb mediasında anti-Azərbaycan kampaniyasına anti-Qərb kampaniyası ilə cavab verməməliyik. Hər şey kifayət qədər qəlizdir. Qərb ölkələri arasında bizim müstəqilliyimizin möhkəmlənməsini istəyən ölkələr hər zaman olub və indi də var. Lakin bizim zəifləməyimizi arzulayanlar da mövcuddur. Onlar Şərqdə də var.
Təcrübə göstərir ki, Ermənistanın güc tətbiq etməsinə və işğala Azərbaycanın diplomatik səyləri kifayət etmədi. Hər şeyi yenə güc yolu ilə həll olundu. Ona görə də xaricdən istənilən təzyiqə adekvat cavab verilməlidir. Hazırda siyasətimizdə məhz bu xətti müşahidə edirik.

Bölməyə aid digər xəbərlər

Bu gün, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər