Həbsdəki sabiq deputat Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyir
Tarix: 31-03-2021 13:48 | Bölmə: Siyasət
Həbsdəki sabiq deputat Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyir

Həbsdə olan sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib.

Reyting.az
Musavat.com-a istinadla xəbər verir ki, H. Abdullayev 3 ildir həbsdə qanunsuz saxlandığını və əziyyət çəkdiyini bildirib.

"Quska" səhhətinin ağırlaşdığını, 70 yaşlı anasının da bu səbəbdən əziyyət çəkdiyini və onun da səhhətində ciddi problemlər yarandığını qeyd edib.

Hüseyn Abdullayev məktubunun sonunda baş verənlərin ədalətlisizlik olduğunu söyləyərək Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib.




Bölməyə aid digər xəbərlər