23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Qanlı Rusiya: Putinin ölüm siyahısında çeçenlər də var
Tarix: 01-04-2021 16:44 | Bölmə: Siyasət

Böyük Britaniyanın “The Sunday Times” qəzetində Rusiya kəşfiyyatının xaricə sığınmış çeçenləri bir-bir dənlədiyi haqda yazı dərc olunub. “Qanlı Rusiya: Putinin ölüm siyahısında olan çeçenlər” başlıqlı məqalənin müəllifləri Luiza Kallaqan və Vera Mironovadır.
Reyting.az xəbər verir ki, Novator.az-ın ingiliscədən çevirdiyi məqalədə deyilir:
“Bir aydan çoxdur ki, Mahran Abdulayev Avstriyanın elə də böyük olmayan şəhərində, üçotaqlı mənzilində oturub qatillərini gözləyir. Onun beş övladı var. Uşaqlar yalnız məktəbə gedəndə evdən çıxırlar. Mahranın xanımı da nadir hallarda, dükandan bazarlıq etmək lazım gələndə evdən çıxır və tez də mənzilinə dönüb qapısı bərk-bərk kilidlənmiş evə qapanır. Bu ailənin belə bir vəziyyətə düşməsinin səbəbi var. Abdulayevin təhlükəsizliyi naminə ad-soyadı dəyişdirilsə də, ötən il o, Rusiya kəşfiyyatının “qara siyahı”sında olduğundan xəbər tutub. Bu məlumatı ona Avropanın kəşfiyyat qurumları çatdırıb”.
Yazıda bildirilir ki, Mahran Abdulayevin adının salındığı “qara siyahı”da ümumilikdə beş nəfərin adı olub. Onların hamısı vaxtilə rus-çeçen müharibəsində iştirak etmiş, sonradan Rusiyadan mühacirət edərək xaricə sığınmış çeçenlərdir. Artıq siyahıdakı adamlardan dördü öldürülüb, sağ qalan bircə Mahrandır. Siyahıdakı dörd nəfərdən biri Türkiyədə, biri Gürcüstanda, biri Ukraynada, biri də Almaniyada qətlə yetirilib.
“The Sunday Times” bu qətllərdə Rusiya xüsusi xidmət orqanının izinin açıq-aydın göründüyünü, Mahran Abdulayevin də bir neçə ay qabaq təhdid olunduğunu yazır: “Bir neçə ay öncə özünü çeçen kimi təqdim edən bir şəxs Abdulayevə zəng edib, hazırda Almaniyada, Berlin şəhərində olduğunu bildirib və hədə-qorxu gələrək Mahrandan susmağı, dilini dinc saxlamağı tələb edib. Bu zəngdən qabaq isə rus casuslar Çeçenistanda Abdulayevin valideynlərini taparaq hədələyiblər”.
Təhdidlərin ardınca sükut çöküb. “The Sunday Times” bu sükutun Mahran Abdulayevi çox vahimələndirdiyini və sanki onun hər an öldürülə biləcəyindən xəbər verdiyini qeyd edir.
Çeçen mühacir qəzetə açıqlamasında deyib: “Əslində, istərdim kimsə zəng vurub məni hədələsin. Hazırkı susqunluqda isə nəyi gözlədiyimi sadəcə bilmirəm. Bu çox vahiməli sükutdur”.
Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun əməkdaşı Aleksandr Kvaxadze “The Sunday Times”a deyib ki, son iki ildə mühacir çeçenlərin öldürülməsi halları daha da artıb.
Kvaxadze bu işdə Rusiya kəşfiyyatının xaricdə, o cümlədən diaspor qurumlarında yerləşdirdiyi çeçen agentlərin də iştirak etdiyini düşünür: “Təəssüf ki, Avropada hökumətlər, hüquq mühafizə orqanları çeçen diaspor təşkilatlarında toplaşmış adamların məramını, məqsədini yetərincə qiymətləndirə bilmir”.
Məqalədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun keçmiş cangüdəni Umar İsrailovun faciəli taleyi xatırladılır: “Umar İsrailov çeçen liderin ona işgəncələr verdiyi haqda açıqlamasından az sonra, 2009-cu ildə Avstriyanın paytaxtı Vyanada qətlə yetirildi. Ardınca qətllər silsiləsi başlandı. Təkcə Türkiyənin İstanbul şəhərində 10-a yaxın çeçen öldürüldü. Fransa, Almaniya və Ukraynada da çeçenlər qətlə yetirildilər. 2020-ci ildə daha bir çeçen Avstriyada qətliamın qurbanı oldu”.
Mahran Abdulayevin “qara siyahı”ya düşməsinin, izlənməsinin səbəblərinə gəlincə, qəzet yazır ki, o, vaxtilə çeçen mücahidi kimi döyüşüb və rus-çeçen savaşının iştirakçılarından olmuş Zəlimxan Xanqoşvili ilə yaxın dost olub. Zəlimxan Xanqoşvili 2019-cu ilin avqust ayında Almaniyanın paytaxtı Berlində kiçik bir parkda yaxın məsafədən açılan atəş nəticəsində öldürülüb. Bu qətli də Rusiya agentinin törətdiyi ehtimal edilir”.
Mahran Abdulayevin sözlərinə görə, Avstriyanın xüsusi xidmət orqanları onunla vaxtaşırı əlaqə saxlayır, onun təhlükəsizliyi üçün əllərindən gələni etdiklərini deyirlər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər