XİN: "Rusiya ilə Azərbaycanın münasibətləri pandemiya dövründə də inkişaf edir"
Tarix: 02-04-2021 14:46 | Bölmə: Siyasət
XİN: "Rusiya ilə Azərbaycanın münasibətləri pandemiya dövründə də inkişaf edir"

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər pandemiyanın fəsadlarına baxmayaraq yüksələn xətlə inkişaf edir".

Bu barədə “Moskva – Baku” portalına Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, koronavirusun səbəb olduğu məhdudiyyətlərə baxmayaraq iki ölkənin dövlət başçıları, hökumətləri, parlamentləri, ayrı-ayrı nazirlikləri səviyyəsində əlaqələr davamlı inkişaf edib, rəsmi səfərlər həyata keçirilib.

O deyib ki, 2020-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 10 faiz azalaraq 2,9 milyard dollar olub: "Həyata keçirilən 2024-cü ilədək tədbirlər planı iki ölkənin strateji tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə çıxarılmasını nəzərdə tutur. 2020-ci ilin noyabr ayında isə yenilikçi inkişaf və rəqəmsal iqtisadiyyat sahələrində birgə əməkdaşlığa dair sayca altıncı yol xəritəsi imzalanıb”/Report




Bölməyə aid digər xəbərlər