Erməni partiya sədri: "Azərbaycan həmsədrlərin qarşısına şərt qoyub ki..."
Tarix: 02-04-2021 17:19 | Bölmə: Siyasət
Erməni partiya sədri: "Azərbaycan həmsədrlərin qarşısına şərt qoyub ki..."

“Azərbaycan tərəfi əlavə şərtlər irəli sürdüyündən ATƏT-in Minsk qrupunun həmsədləri Qarabağa səfər edə bilmir”.

“Novosti Armeniya” xəbər verir ki, bunu aprelin 2-də müxalif “İşıqlı Ermənistan” Partiyasının sədri, parlamentdəki eyni adlı fraksiyanın sədri Edmon Marukyan bildirib.

“Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər. Ancaq indi Azərbaycan onların qarşısında şərt qoyub ki, Qarabağa yalnız Ağdamdan keçməklə gedə bilərlər, - o, vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər