Baş nazir Paşinyan Putinə görə özünü təcrid edib
Tarix: 03-04-2021 12:16 | Bölmə: Siyasət
Baş nazir Paşinyan Putinə görə özünü təcrid edib

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün özünü təcrid edib.

Reyting.az
xatırladır ki, Paşinyanın aprelin 7-də Rusiyaya səfəri planlaşdırılır. Bu müddətdə COVİD-19 virusuna yoluxmamaq üçün karantinə alınan Paşinyan Ermənistanda heç kimlə görüşməyəcək.

Paşinyanın mətbuat xidməti bəyan edib ki, Baş nazir Rusiyaya səfəri reallaşacağı tarixə qədər kütləvi toplantılara qatılmayacaq, təmas və ünsiyyətini az sayda dövlət rəsmiləri və nazirlərlə quraraq ölkəni idarə edəcək.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Ermənistan Baş naziri Paşinyan aprelin 7-də Rusiyaya səfərini reallaşdıracaq: “Putinlə görüşü keçiriləcək. Müzakirələr şübhəsiz ki, 10 noyabrda Qarabağda atəşkəslə bağlı əldə olunan razılaşmanın necə həyata keçirilməsi ətrafında aparılacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər