Rusiya Xəzərdə hərbi təlimlər keçirib: “S-300”, “S-400” və...
Tarix: 06-04-2021 12:38 | Bölmə: Siyasət
Rusiya Xəzərdə hərbi təlimlər keçirib: “S-300”, “S-400” və...

Rusiya ordusunun həyata keçirdiyi hava müdafiə təlimlərində “S-300”, “S-400” və “Pantsir” sistemləri fərqli düşmən hədəflərinə qarşı testdən keçirilib.

Reyting.az
xəbər verir ki, Ukrayna ilə artan gərginlik konteksində 10 minlərlə ordunu Krım və Donbas istiqamətinə göndərən Rusiya planlı təlimlərini də zaman baxımından irəli çəkib.

Xəzər dənizinin Həştərxan sahillərinə gələn rus ordusu burada hava müdafiə qabiliyyətini təcrübədən keçirib.

Rusiya Müdafiə Nazirliyi təlim zamanı “S-300”, “S-400” hava hücumundan müdafiə kompleksləri, habelə “Pantsir” sistemlərinin qırıcı təyyarələrə qarşı təcrübədən keçirilməsinin görüntülərini yayıb.

Düşmən hədəflərinə qarşı hava müdafiəsinin önə çıxarıldığı təlimlər zamanı fərqli hündürlük və sürət xüsusiyyətlərinə sahib modern və perspektivli raketlərdən istifadə edildiyini vurğulanıb.

Rusiya Müdafiə Nazirliyi təlimlərdə iştirak edən bütün hava müdafiə ünsürlərinin hədəfləri uğurla vurduğunu elan edib.




Bölməyə aid digər xəbərlər