23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Şuşaya atılan “İskəndər” raketi beynəlxalq qalmaqal yarada bilər – Təhlil
Tarix: 07-04-2021 10:08 | Bölmə: Siyasət

Rəsmi Bakı işğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketlərinin atıldığını bildirir və ANAMA bunun sübutu kimi raketin qalıqlarının fotolarını yayıb. Araşdırmalar bu raketin “İsgəndər M” olduğunu göstərir.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan “İsgəndər”lə bağlı sualı cavablandırmayıb, amma Kremlin sözçüsü Dmitri Peskov müharibə vaxtı Azərbaycana “İsgəndər” atılmaması ilə bağlı rəsmi Moskvanın əvvəlki mövqeyini təkrarlayıb.
Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.
ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov deyir ki, aşkar etdikləri iki raket gövdəsi və bir raket mühərrikidir: “Hələ ki, iki raketin atıldığını deyə bilmirik, çünki bir mühərrik aşkar etmişik. Tapdığımız qalıqların üzərindəki kodlar isə onların “İsgəndər” raketi olduğunu təsdiqləyir. Açıq internet resurslarında da yoxlamaqla bu kodun həmin raketlərin M versiyası olması təsdiqlənir. Araşdırmaların nəticələri aidiyyatı üzrə təhvil verilib”
Raketi Ermənistan atıbsa, onda, onlara verilən, haradan atılıb, kim atıb kimi suallar açıq qalır? “İsgəndər” raketinin istehsalçısı Rusiyadır, bunu da satmaq hüququ yoxdur…
Eyni zamanda Rusiya müdafiə naziri müavininin Qarabağa səfəri, orda 1960 sayda hərbçi üçün lazımından çox hərbi şəhərcik yaradılması, ora daşınan yüklərin təyinatı “qaranlıq və şübhəli” məqamlardır. Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Qarabağa səfəri Azərbaycanla razılaşdırılmayıb. Belə olmasaydı, Azərbaycan bu səfər barədə rəsmi məlumat yayardı.
Hərbi ekspertlərin fikrincə, Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış “9M723” kodu “İsgəndər”in M, yəni modernləşdirilmiş varinatı olduğunu göstərir və “İsgəndər M” raketlərinin ixracı beynəlxalq müqavilə ilə qadağan olunub. O müqavilə ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanıb və orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair sazişdir. Rusiya həmin sazişi 2019-cu ildə tərk edib. Həmin müqavilə dolayısı ilə bu kimi raketlərin nəinki satılmasını, hətta ləğvini nəzərdə tuturdu. Rusiya bu sazişin tələblərini də yerinə yetirməyib. Burada raketlərin tək Ermənistana ötürülməsi deyil, həm də ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barəsində fakt ortaya çıxır. Mütləqdir ki, buna Pentaqonun (ABŞ Müdafiə Nazirliyi -red.) bir reaksiyası olacaq.
Ekspertlər deyir ki, həmin raketlərin E versiyası Ermənistana verilib, amma M versiyası barədə heç bir mənbədə, o cümlədən BMT-nin silahlar reystrində məlumat yoxdur. Dolayısı ilə bu silahların Ermənistana verilməsi qaranlıq yollarla həyata keçirilib. Bu məsələdə şəffaflıq olmayıb. Adətən belə fəaliyyətlər beynəlxalq sanksiyalarla nəticələnir.
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Serj Sarkisyanın “İsgəndər” Rusiya raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavabında raketin atıldığını deyib: “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sarkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə “İsgəndər”-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb”.
Ermənistan Baş nazirinin “İsgəndər”lə bağlı bəyanatı Rusiyada qəzəb doğurub, Paşinyana verilmiş yanlış məlumat kimi qiymətləndirilmişdi. Bundan sonra rəsmi Yerevan da Rusiyanın bu açıqlamasını dəstəkləyən mövqe göstərmişdi.
Qarabağ müharibəsi zamanı “İsgəndər” kompleksinin istifadə olunması barədəsə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışmışdı. O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri “İsgəndər”- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.
“Putin qarışmasaydı, Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı” – bu sözləri isə Ermənistanın eks-prezidenti Köçəryan deyib.
Bu açıqlamalar Rusiyanın Qarabağ müharibəsi dövründə Ermənistana dəstək verməsini bir daha təsdiqləyir. Yəni Rusiya bu müharibədə neytral “imici” yaratmağa çalışsa da, əslində tərəf olub. Bu baxımdan “İskəndər” raketinin Şuşaya atılması artıq təkzibolunmaz faktdır və rəsmi Bakı bununla bağlı hüquqi prosedurlara başlamalıdır. Konkret olaraq, məsələ, BMT başda olmaqla, beynəlxalq təsisatlar qarşısında qaldırılmalıdır.
Eyni zamanda hələ ötə ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlər yayılırdı və prezident İlham Əliyev də çıxışlarının birində buna eyham vurmuşdi.
Təbii ki, kasıb Ermənistan Rusiyanın dəstəyi olmadan bu qədər silahlana bilməzdi. Rəsmi Bakı indi bu məsələni ictimaliləşdirməli, Rusiyadan hesabat tələb etməlidir. Rusiyanın ikili oyunları yeni gərginlik mənbəyi yaradır.
Qadir İBRAHİMLİ
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər