Putin Paşinyanla Qarabağ məsələsini müzakirə edib: "Ən aktual problem..."
Tarix: 07-04-2021 17:26 | Bölmə: Siyasət
Putin Paşinyanla Qarabağ məsələsini müzakirə edib: "Ən aktual problem..."

Bu gün Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, Putin görüşdə Qarabağdan söz açıb. Bildirib ki, Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir.

"Əlbəttə, ikitərəfli münasibətlərin qurulması baxımından danışacağımız bir şey var və əlbəttə ki, ən aktual, ən kəskin problem Dağlıq Qarabağ və ətrafındakı vəziyyətin normallaşmasıdır".

Paşinyan isə bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bölgədə sabitlik və təhlükəsizliyin təmin olunması baxımından çox mühümdür: "Əlbəttə, ilk növbədə qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu bölgədə sabitlik və təhlükəsizliyin əsas amilinə çevrilir. Bu mənada ümid edirəm ki, bu gün sizinlə quruculuq işləri ilə bağlı müzakirə də aparacağıq".

Paşinyan, həmçinin Rusiyanın iştirakı ilə Ermənistanda yeni bir atom elektrik stansiyasının tikintisini də  müzakirə etmək niyyətində olduğunu deyib: "Bu gün mən sizinlə Ermənistanda yeni atom elektrik stansiyası tikmək imkanını müzakirə etmək istəyirəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}