Partiya sədrinin müavini koronavirusa yoluxub, vəziyyəti ağırdır
Tarix: 08-04-2021 10:48 | Bölmə: Siyasət
Partiya sədrinin müavini koronavirusa yoluxub, vəziyyəti ağırdır

Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədrin müavini Arif İsmayılbəyli koronavirusa yoluxub.

Məlumata görə, hazırda Arif İsmayılbəyli reanimasiyadadır və aparata qoşulub.

A. İsmayılbəylinin həyat yoldaşı Mərziyyə İsmayılbəyli isə COVID-19-dan bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasında şöbə müdiri Səməndər Çaxmaqlı da koronavirusa yoluxub, o da reanimasiyada aparata qoşulub/APA.




Bölməyə aid digər xəbərlər