Siyavuş Novruzov efirə sərxoş çıxıb - Deputatın partiyadan və MM-dən qovulması tələb olunur
Tarix: 08-04-2021 12:23 | Bölmə: Siyasət
Siyavuş Novruzov efirə sərxoş çıxıb - Deputatın partiyadan və MM-dən qovulması tələb olunur

Yeni Azərbaycan Partiyasının (YAP) və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun partiyadan və parlamentdən qovulması barədə təşəbbüs qaldırmalıdır.

Reyting.az xəbər verir ki, belə bir açıqlama ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib.

E. Şükürlü bildirib ki, S. Novruzovun “Müsavat TV”-nin efirinə sərxoş çıxması onun YAP-dan və Milli Məclisdən qovulmasını zəruri edir:

“Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır! Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və parlamentin dəyişməz siması olaraq qalacaq!”.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib