Köçəryan Türkiyə ilə danışıqlara başlamağı təklif edir
Tarix: 09-04-2021 15:46 | Bölmə: Siyasət
Köçəryan Türkiyə ilə danışıqlara başlamağı təklif edir

“Türkiyə ilə danışmalıyıq, danışmasaq, bizim əvəzimizdən başqası danışacaq”.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” blokunun deputatı, parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib.

Köçəryan bildirib ki, Türkiyə ilə danışmaq lazımdır: “Birinci müharibə zamanı Türkiyə Ermənistan rəhbərliyi ilə təmasda idi. Hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Türkiyə prezidenti Turqut Özalın dəfn mərasiminə qatılmışdı. Mehrinin komendantı olduğum üçün Naxçıvan Daxili işlər naziri ilə müzakirə aparmışdım. Biz döyüşdük, amma danışdıq da. Türkiyə ilə danışmalıyıq, danışmasaq, bizim əvəzimizdən başqası danışacaq. Hansısa hallarda danışıqlar, söhbət olub. Hətta Serj Sarkisyan futbol oynadı, bu da normaldır, danışmaq lazımdır, vurmaqdansa, danışmaq daha yaxşıdır”.

Xatırladaq ki, martın 27-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyəni düşmən dövlət hesab edib-etməməsi sualını cavablandırarkən bu məsələdə müəyyən düzəlişlərə ehtiyac olduğunu demişdi. Baş nazir Nikol Paşinyan da Armavir bölgəsinə səfəri zamanı bəyan etmişdi ki, bölgəyə baxışlarımızı dəyişdirməliyik. O, əlavə etmişdi ki, bölgədə düşmənlərimiz olduğunu bilirik, lakin onları nə qədər düşmən görsək, onlar da bizi düşmən kimi görəcəklər.




Bölməyə aid digər xəbərlər