Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını ziyarət edib - Foto
Tarix: 11-04-2021 12:22 | Bölmə: Siyasət
Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını ziyarət edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri zamanı Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

Məlumata görə, səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini, Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Rəsmiləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir/Report.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb.

Səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri təmsil olunurlar.

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət edəcəyi bildirilir.

Reyting.az





Bölməyə aid digər xəbərlər